Home Contact Phone
background

Xəbərlər

  • Mingəçevir şəhər İcra Hakimiyyətində Dövl...

    Mingəçevir şəhər İcra Hakimiyyətində Dövlət qulluqçuları Peşə bayramlarını qeyd etdilər.

    2019-06-22

    Hər il olduğu kimi bu il də Dövlət qulluqçuları öz peşə bayramlarını təntənəli sürətdə qeyd etdilər. Mingəçevir şəhər İcra Hakimiyyətinin müşavirə zalında təşkil olunan tədbirə şəhərimizdə çalışan dövlət qulluqçuları dəvət olunmuşdular. Tədbirə başlamazdan əvvəl Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun rəhbərliyi ilə dövlət qulluqçuları Heydər Əliyev mərkəzinin önündə ucaldılmış ulu öndərin abidəsi önünə gül dəstələri qoydular.

  • Şəhər İcra Hakimiyyətinin başçısı İlham ...

    Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov abadlıq-quruculuq işlərinin gedişi ilə yaxından tanış oldu.

    2019-06-20

    Azərbaycan Respublikasının Prezidentinin tapşırıq və tövsiyyələrinə uyğun olaraq Mingəçevirdə abadlıq və quruculuq işləri durmadan davam edir. Şəhərin Sağ və Sol sahillərində, Energetik qəsəbəsində və eləcə də bir sıra yaşayış massivlərində bu işlər öz bəhrəsini verməkdədir. Naxşıvan küçəsində aparılan abadlıq-quruculuq işləri isə daha böyük vüsət alıb.

  • Mingəçevir şəhər İcra Hakimiyyətinin başç...

    Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov növbəti səyyari görüş keçirdi.

    2019-06-19

    Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun 19 iyundakı növbəti səyyar görüşü 3 saylı ümumi orta təhsil məktəbinin iclas zalında keçirildi. D.Əliyeva, M.Vəli.Vidadi, S.Vurğun küçələrinin, şəhər ictimaiyyəti nümayəndələrinin, idarə, müəssisə rəhbərlərinin və KİV təmsilçilərinin qatıldıqları səyyar görüşü giriş sözüylə açan İlham İsmayılov keçirilən səyyar görüşlərin ölkə prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən keçirildiyini, əhalini narahat edən problemlərin öyrənilib həll edilməsi və şəhər sakinlərinin təkliflərinin nəzərdən keçirilməsi baxımından bu cür tədbirlərin həm şəhər rəhbərliyi, həm də sakinlər üçün önəmli olduğunu bildirdi.

  • Səhiyyə işçiləri peşə bayramlarını qeyd e...

    Səhiyyə işçiləri peşə bayramlarını qeyd etdilər.

    2019-06-18

    İyunun 18-də Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının rəhbərliyi ilə səhiyyə işçiləri peşə bayramlarını qeyd etdilər. Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul şəxsləri iştirak edirdilər.

  • Mingəçevir şəhərinin tam orta məktəblərind...

    Mingəçevir şəhərinin tam orta məktəblərində “Son zəng” tədbirləri böyük təntənə ilə qeyd olundu.

    2019-06-14

    14 iyunda Mingəçevir şəhərinin tam orta məktəblərində “Son zəng” tədbirləri böyük təntənə ilə qeyd olundu. 14 nömrəli tam orta məktəbin Son zəng tədbirində Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul şəxsləri, şəhər təhsil şöbəsi rəhbərliyi, məktəbin müəllimləri, valideynlər və ictimaiyyət nümayəndələri iştirak edirdilər.


Foto qalereya