Home Contact Phone
background

Xəbərlər

  • Azərbaycan BMT-nin nüfuzunun yüksəlməsi  üç...

    Azərbaycan BMT-nin nüfuzunun yüksəlməsi üçün digər dövlətlərlə birgə işləməyə hazırdır

    2020-09-23

    Azərbaycan Respublikası dünyaya inteqrasiya sahəsində regionda liderdir. Dünyanın böyük dövlətləri ilə birgə forumlarda, kontraktların imzalanması mərasimlərində dövlət başçısının çıxışları ölkəmizi tanıtmaq və inkişaf etdirmək baxımından zəruri hesab olunur. Azərbaycan Respublikası 120 ölkənin yekdil qərarı ilə 2016-cı ildə Qoşulmama Hərəkatının sədri seçilmişdir. 2019-cu ilin oktyabrında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində Bakıda keçirilmiş 18-ci Zirvə toplantısında Azərbaycan sədrliyi öz üzərinə götürmüşdür

  • İLHAM ƏLİYEV : “İnsanları narahat edən bü...

    İLHAM ƏLİYEV : “İnsanları narahat edən bütün problemlər həll olunmalıdır”.

    2020-09-22

    Bir neçə gün əvvəl dövlətimizin başçısı İlham Əliyev Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibə verərək bir sıra dövlət əhəmiyyətli məsələlərə toxunmuş, o cümlədən “Abşeron” qaz-kondensat yatağının yeni mərhələsi ilə Azərbaycan öz neft-qaz strategiyasında mühüm hadisə olduğundan bəhs etmişdir.

  • Mingəçevir şəhər İcra Hakimiyyəti başçıs...

    Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın onlayn iclası keçirilmişdir.

    2020-09-22

    Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın onlayn iclası keçirilmişdir.

  • Erməni təxribatları onun acizliyinin əyani sü...

    Erməni təxribatları onun acizliyinin əyani sübutudur.

    2020-09-21

    Dünya siyasətində tanınmış liderlərdən olan Heydər Əliyevion həyat və fəaliyyəti Azərbaycan xalqı üçün bir örnəkdir. Hələı Sovet İttifaqı rəhbərliyində olarkən Heydər Əliyev amili erməniləri uzun illər separatçı hərəkətlərini reallaşdırmağa imkan verməmişdir. Yalnız Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırılandan iki həftə sonra ermənilər Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında iddia qaldırdılar və elə ilk vaxtlardan silaha, terrora əl atdılar.

  • Yüksək bal toplayan gənclərlə onlayn görüş...

    Yüksək bal toplayan gənclərlə onlayn görüş keçirildi.

    2020-09-18

    Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 2019-2020-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış mingəçevirli abituriyentlərlə onlayn formatda görüş keçirib. İcra Hakimiyyətinin başçısının mingəçevirli gənclərlə keçirilən görüşünə eyni zamanda YAP şəhər təşkilatının sədri Cavanşir Yusubov, şəhər Təhsil şöbəsinin müdiri Sahib Məmmədov və İcra Hakimiyyətinin məsul işçiləri də qatılıblar.

  • Mingəçevir şəhər İcra Hakimiyyətinin başç...

    Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı yüksək bal toplayan gəncləri təbrik etdi.

    2020-09-17

    Mingəçevir şəhər İcra Hakimiyyəti və YAP Mingəçevir şəhər təşkilatı 2019-2020-ci tədris ilində yüksək bal toplayan gəncləri təbrik edib. Mərasim qaydalara uyğun olaraq Dövlət Rəmzləri Muzeyinin qarşısında keçirilib. Əvvəlcə icra başçısı İlham İsmayılov çıxış edərək tələbə adını qazanan gəncləri təbrik edib, onlara təhsildə və gələcək həyatda uğurlar arzulamış, yüksək bilikli mütəxəssis kimi yetişməyi və Vətənə ləyaqətlə xidmət göstərməyi tövsiyə etmişdir.

  • Heydər Əliyev Fondunun  növbəti layihəsi baş...

    Heydər Əliyev Fondunun növbəti layihəsi başa çatdı. 13 saylı orta məktəb istifadəyə verildi.

    2020-09-16

    Sentyabrın 15-də Azərbaycanda yeni dərs ili başladı. Hər il olduğu kimi bu tədris ilində də ölkəmizdə bir çox təhsil müəssisələri əsaslı təmirdən və ya yenidən inşa olunduqdan sonra müəllim və şagirdlərin istifadəsinə verilib. 2019-cu ilin iyul ayında Mingəçevirdə fəaliyyət göstərən 13 saylı orta məktəb tam bərbad vəziyyətdə olduğu üçün yenidən inşa olunmağa başlayıb.

  • Mingəçevir şəhər İcra Hakimiyyəti başçıs...

    Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılov təhsil işçilərini, şagird və tələbələri 15 sentyabr yeni tədris ilinin başlanması münasibəti ilə təbrik etdi.

    2020-09-15

    İlk növbədə şəhərimizin bütün təhsil işçilərini yeni - 2020-2021-ci tədris ilinin başlanması münasibətilə ürəkdən təbrik edir, onlara şərəfli, çətin və məsuliyyətli fəaliyyətlərində yeni-yeni uğurlar, nailiyyətlər arzu edirəm. Eyni zamanda şagirdlər, tələbələr və onların valideynlərini də yeni dərs ili münasibətilə təbrik edir, gənclərə təhsildə uğurlar, valideynlərinə isə övladlarına bəslədikləri ümidlərin doğrulmasını arzulayıram.

  • Mingəçevir şəhərində abadlıq-quruculuq işl...

    Mingəçevir şəhərində abadlıq-quruculuq işləri davam edir.

    2020-09-15

    Məlum olduğu kimi 20 Yanvar küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində şəhər İcra Hakimiyyətinin iş planına uyğun olaraq abadlıq-quruculuq işləri uğurla davam edir.

  • İqtisadiyyatımızın inkişafı Azərbaycanı d...

    İqtisadiyyatımızın inkişafı Azərbaycanı dünyada tanıdır.

    2020-09-15

    Azərbaycan müstəqillik əldə etdikdən sonra iqtisadiyyatımız böhran vəziyyətinə düşmüş, sənaye müəssisələrinin fəaliyyətində durğunluq əmələ gəlmişdi. Həyatın hər sahəsində mövcud olan gərginlik, həyat tərzinin aşağı həddə düşməsi, işsizlik və bu kimi digər problemlər sabaha olan inamı da azaltmışdı. Dövləti gücləndirmək, dünya dövlətləri ilə iqtisadi-siyasi-mədəni əlaqələr yaratmaq üçün uzun zaman lazım idi. Müharibə şəraitində yaşayan, torpaqlarının bir hissəsi işğal altında qalan, yüzlərlə qaçqın və məcburi köçkünü olan gənc bir dövlətin bütün bu problemləri həll etməsi o qədər də asan deyildi.

  • Mingəçevir şəhərində abadlıq-quruculuq işl...

    Mingəçevir şəhərində abadlıq-quruculuq işləri davam edir.

    2020-09-14

    Sağ sahil qəsəbəsindəki Əlağa Şıxlınski və Yaşar Muradov küçələrinin kəsişdiyi ərazidə abadlıq-quruculuq işləri başa çatmışdır.

  • Mingəçevirdə S.Vurğun adına 16 saylı tam ort...

    Mingəçevirdə S.Vurğun adına 16 saylı tam orta məktəb əsaslı təmirdən sonra istifadəyə verilib.

    2020-09-12

    Mingəçevirdə yerləşən Səməd Vurğunun adını daşıyan 16 saylı tam orta məktəb əsaslı təmirdən sonra şagirdlərin istifadəsinə verilib.

  • Mingəçevir şəhərində hər gün dezinfeksiya ...

    Mingəçevir şəhərində hər gün dezinfeksiya işləri davam edir.

    2020-09-10

    09-10.09.2020-ci il tarixlərində Dezinfeksiya Stansiyasının mütəxəssisləri tərəfindən 80 ədəd sərnişindaşıyan avtobus, hündürmərtəbəli binalarda 26 ədəd lift kabinaları və onun düymələri gündə 2 dəfə olmaqla dezinfeksiya olunub. 139 ədəd yüksəkmərtəbəli yaşayış binalarının giriş və pilləkən qəfəsələri, 28 küçə, 1 mehmanxana, 1 məişət evi, 4 məhəllə, 1 park dezinfeksiya edilmişdir.

  • Türkiyə-Azərbaycan qardaşlığı dünyaya göz...

    Türkiyə-Azərbaycan qardaşlığı dünyaya gözəl nümunədir

    2020-09-06

    Müstəqillik əldə etdikdən sonra Azərbaycanın suverenliyini ilk tanıyan dövlətlərdən biri kimi Türkiyə hər zaman ölkəmizi dəstəkləyib. Çətin zamanlarda, təbii fəlakətlər zamanı bir-birinə köməkliklər göstərən bu iki ölkənin dostluğunu və əməkdaşlığını heç bir qüvvə poza bilməz. Hərçəınd ulu öndər Heydər Əliyevin əbədi ifadəsi kimi dilimizdə əzbər olan, bir millət, iki dövlətin dostluğunu, əməkdaşlığını istəməyən qüvvələr çoxdur. Lakin dövlətlərimizin rəhbərləri, cənab Tayyib Ərdoğan və cənab prezidentimiz İlham Əliyevin dostluğu sarsılmazdır. Hər zaman Azərbaycana dəstək olan Türkiyə dövləti, xalqı, rəhbərləri bu ilin iyul ayında yurdumuzun sərhəd bölgəsində düşmənin törətdiyi növbəti hücum zamanı da xüsusi diqqət göstərdi.

  • Mingəçevirdə  ötən il səyyar görüşdə  qa...

    Mingəçevirdə ötən il səyyar görüşdə qaldırılan məsələlər öz müsbət həllini tapır.

    2020-09-05

    Ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü dövlət siyasətinin əsasını təşkil edən vətəndaş amili Mingəçevirdə daim diqqət mərkəzində saxlanılır. Son 2 ildə şəhər rəhbərliyi tərəfindən vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar, sakinlərlə keçirilən səyyar görüşlərdə səslənən fikirlərə, qaldırılan məsələlərə operativ şəkildə baxılması bunun bariz nümunəsidir.

  • Mingəçevir şəhərində dezinfeksiya işləri h...

    Mingəçevir şəhərində dezinfeksiya işləri hər gün davam etdirilir.

    2020-09-04

    03-04.09.2020-ci il tarixlərində Dezinfeksiya Stansiyasının mütəxəssisləri tərəfindən 72 ədəd sərnişindaşıyan avtobus, hündürmərtəbəli binalarda 26 ədəd lift kabinaları və onun düymələri gündə 2 dəfə olmaqla dezinfeksiya olunub. 172 ədəd yüksəkmərtəbəli yaşayış binalarının giriş və pilləkən qəfəsələri, 60 küçə və 3 yaşayış massivi dezinfeksiya edilmişdir.

  • Sərt karantin rejimi tətbiq edilən şəhərlər...

    Sərt karantin rejimi tətbiq edilən şəhərlər arasında Mingəçevir də vardı.

    2020-09-01

    Sərt karantin rejimi tətbiq edilən şəhərlər arasında Mingəçevir də vardı. Bu şəhərdə də yoluxma halları artıdığından Opertiv Qərərgahın qərarlarına uyğun olaraq “Nur şəhəri”-də narıncı zona elan edilmişdi. Amma görülən tədbirlər öz bəhrəsini verdi.

  • Mingəçevir şəhər İcra Hakimiyyəti başçıs...

    Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın onlayın iclası keçirilmişdir.

    2020-08-27

    27 avqust 2020-ci il tarixində Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın onlayın iclası keçirilmişdir.İclasda Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı cənab İlham İsmayılov Şuranın iclasını açıq elan edərək gündəlikdə 4 məsələ durduğunu bildirdi və bu məsələlər ətrafında çıxışçılara söz verdi.

  • İcra başçısı:”İlin əvvəlindən planlaşd...

    İcra başçısı:”İlin əvvəlindən planlaşdırılıb ki, Mingəçevirin bütün ərazilərində abadlıq işləri görülsün”.

    2020-08-20

    Mingəçevirdə şəhərin sağ sahil ərazisində də abadlıq işlərinə başlanılıb.Belə ki,Təbriz küçəsində yerləşən parkda yenidənqurma işlərinə başlanılıb. Bu gün Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul şəxsləri, müəssisə və təşkilatların rəhbərləri və jurnalistlərlə Təbriz küçəsində yerləşən 1 hektara yaxın parkda gedən yenidənqurma işləri ilə tanış olublar. Eyni zamanda parkın yeni layihəsi təqdim olunub.

  • Mingəçevir şəhərində abadlıq - quruculuq i...

    Mingəçevir şəhərində abadlıq - quruculuq işləri durmadan davam etdirilir.

    2020-08-19

    Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən aparılan genişmiqyaslı layihələrin bir qismi artıq həyata keçirilmişdir. 2020-ci ilin iş planına uyğun olaraq H.Aslanov küçəsində asfalt örtüyünün əsaslı təmir işləri aparılmışdır. Beləki, küçənin yol bordürları yenilənmiş, səkilərə və yola yeni asfalt örtüyü salınmışdır.

  • mingəçevir şəhərində təbliğat, maariflənd...

    mingəçevir şəhərində təbliğat, maarifləndirmə, dezinfeksiya tədbirləri davam etdirilir.

    2020-08-19

    Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyri-şərtsiz əməl edilməsi üçün Mingəçevir şəhər İcra Hakimiyyətində yaradılan mobil qruplar tərəfindən şəhərin bütün küçə və prospektlərində, əhalinin sıx toplaşdığı ərazilərdə, məhəllələrdə fərdi izahetmə-xəbərdarlıq işləri aparılaraq, sakinlərə şəxsi gigiyena qaydalarına əməl etmək, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və mütləq şəkildə tibbi maskadan istifadə etmək tövsiyə edilir.

  • Mingəçevir şəhərində hər gün dezinfeksiya ...

    Mingəçevir şəhərində hər gün dezinfeksiya və təbliğat işləri aparılır.

    2020-08-15

    13-14 avqust 2020-ci il tarixlərində Dezinfeksiya Stansiyasının mütəxəssisləri tərəfindən sərnişindaşıyan 66 ədəd avtobus və mikroavtobusların salonları, hündürmərtəbəli binalarda 26 ədəd lift kabinaları və onun düymələri gündə 2 dəfə olmaqla dezinfeksiya olunub. 157 ədəd yüksəkmərtəbəli yaşayış binalarının giriş və pilləkən qəfəsələri, 44 küçə dezinfeksiya edilmişdir.

  • Abadlıq-quruculuq işləri davam edir Yeni layih...

    Abadlıq-quruculuq işləri davam edir Yeni layihəyə start verildi

    2020-08-15

    Şəhər İcra Hakimiyyətinin həyata keçirdiyi genişmiqyaslı tədbirlərdən biri də 20 Yanvar küçəsinin Heydər Əliyev küçəsi ilə kəsişməsindən başlanan avtomobil və piyada yollarının təmiri, yenidən qurulması, səkilərin müasir formada plitələrlə döşənməsi, səkilərdə işıq dirəklərinin qaydaya salınması üçün öz ömrünü çoxdan başa vurmuş kabellərin yenilənməsi, bu istiqamətdə yaşıllıqların səliqə-sahmana salınması, yeni gül-çiçək kollarının əkilməsi, ağacların budanması, küçə boyunca yaşayış binalarının fasadlarının təmir edilməsi və s. kimi məsələlər yeni layihəyə daxil edilmişdir.

  • Ermənistanın məkrli niyyəti bəllidir, iğtiş...

    Ermənistanın məkrli niyyəti bəllidir, iğtişaş yaratmaq

    2020-08-14

    Ermənistan işğalçı və separatçı dövlətdir. Heç bir tarixi keçmişi, milli dəyərləri olmayan ölkənin rəhbərləri, tarixçi və alimləri çalışırlar ki, Ermənistanı dünyaya “qüdrətli” və “güclü” bir dövlət kimi tanıtsınlar, daha doğrusu yamasınlar.

  • Mingəçevir şəhərində dezinfeksiya işləri d...

    Mingəçevir şəhərində dezinfeksiya işləri davam etdirilir.

    2020-08-13

    12-13 avqust 2020-ci il tarixlərində Dezinfeksiya Stansiyasının mütəxəssisləri tərəfindən sərnişindaşıyan 70 ədəd avtobus və mikroavtobusların salonları, hündürmərtəbəli binalarda 26 ədəd lift kabinaları və onun düymələri gündə 2 dəfə olmaqla dezinfeksiya olunub. 114 ədəd yüksəkmərtəbəli yaşayış binalarının giriş və pilləkən qəfəsələri, 37 küçə, 1 mehmanxana, 1 məişət evi, 4 məhəllə, 1 park dezinfeksiya edilmişdir.