Home Contact Phone
background

Xəbərlər

  • Dövlət Rəmzləri muzeyinin tikintisinin təməl...

    Dövlət Rəmzləri muzeyinin tikintisinin təməlqoyma mərasimi keçirildi.

    2019-07-29

    Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhər ictimaiyyətinin nümayəndələri ilə birlikdə Dövlət Rəmzləri muzeyinin tikintisinin təməlqoyma mərasimində iştirak etdi və bildirdi ki, Ulu öndər H.Əliyev həmişə insanlarda dövlət rəmzlərinə, milli-mənəvi dəyərlərə hörmətlə yanaşmağın vacib məsələ olduğunu qeyd edirdi. Bu muzeydə dövlət bayrağı, gerbi, himni ilə yanaşı Azərbaycanın dövlət sərhədlərini özündə əks etdirən tarixi xəritələr, pul vahidləri və digər rəmzlər olacaq və ən nümunəvi qaydada tərtib olunaraq insanların istifadəsinə veriləcək.

  • Mingəçevir şəhər İcra Hakimiyyətinin başç...

    Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov növbəti səyyari görüş keçirdi.

    2019-07-26

    İyulun 26-da V.Hüseynov 2/45, N.Rəfibəyli 11, 13/1, M.Ə.Rəsulzadə 1, 1a binalarını əhatə edən səyyari görüş Mingəçevir Telekommunikasiya Qovşağının foesində təşkil olundu. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Azərbaycan Respublikası prezidentinin tapşırığına müvafiq olaraq keçirilən görüşdə sakinlərə respublikada və şəhərimizdə həyata keçirilən əməli işlər barədə məlumat verdi.

  • Mingəçevir şəhər İcra Hakimiyyətinin başç...

    Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov növbəti səyyari görüş keçirdi.

    2019-07-24

    İyulun 24-də 17 nömrəli məktəbin akt zalında keçirilən səyyar görüş Aydın Məmmədov küçəsi 4/1, 4/2, 6, 6/1, 6/2, 6/3 binalarını əhatə edirdi. Bu ərazidə bir sıra abadlıq-quruculuq işləri görülmüş, çoxmənzilli yaşayış binalarının dam örtükləri əsaslı şəkildə təmirdən çıxarılmış, yeni ağac tingləri əkilmiş, bir sıra yerlərdə səkilər və nəqliyyat yolları qaydaya salınmışdır.

  • Mingəçevir şəhər İcra Hakimiyyətində Şura...

    Mingəçevir şəhər İcra Hakimiyyətində Şuranın geniş iclası keçirildi.

    2019-07-23

    Mingəçevir şəhər İcra Hakimiyyətində şəhər İcra Hakimiyyəti başçısı yanında şuranın geniş iclası keçirilmişdir. İyulun 23-də baş tutan iclası şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov açaraq qeyd etmişdir ki, bu günki şura iclasının gündəliyində 3 mühüm məsələ durur:

  • Yubiley medalları ilə təltif olundular.

    Yubiley medalları ilə təltif olundular.

    2019-07-23

    Mingəçevir şəhər İcra Hakimiyyətində iyulun 23-də keçirilən şura iclasından sonra şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin imzaladığı Sərəncam ilə bir qrup mingəçevirlinin dövlət mükafatları ilə təltif olunması haqqında məlumat verərək bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyun tarixli 1284 nömrəli Sərəncam ilə dövlət qulluğunda uzun illər səmərəli fəaliyyətinə görə Mingəçevir şəhər İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin müdir müavini - Dini qurumlarla işin təşkilatçısı Əliyev Sahib Hümbət oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilir.

  • Mingəçevir şəhər İcra Hakimiyyətində jurna...

    Mingəçevir şəhər İcra Hakimiyyətində jurnalistlərlə görüş keçirildi.

    2019-07-22

    Azərbaycan Milli Mətbuatının yaranmasının 144-cü ildönümü münasibəti ilə Mingəçevir şəhər İcra Hakimiyyətində jurnalistlərlə görüş keçirilmişdir. Mətbuat işçiləri əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq ümummilli liderə ehtiramlarını bildirmişlər. İctimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri açan şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Milli Mətbuat günü münasibəti ilə mətbuat işçilərini təbrik etmiş və onlara yaradıcılıq uğurları arzulamışdır.

  • Mingəçevir şəhər İcra Hakimiyyətinin başç...

    Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov növbəti səyyari görüş keçirdi.

    2019-07-19

    Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun növbəti səyyar görüşü Ə.Vahid küçəsi 6, N.Nərimanov küçəsindəki 23, 25 və 30 nömrəli binalarda yaşayan sakinləri əhatə edirdi. Qeyd edək ki, həmin binalarda dam örtükləri əsaslı təmir edilmiş, binaların fasadları qaydaya salınmış, ərazidə ağacların dibləri bellənmiş, oturacaqlar qoyulmuş, sakinlərin rahatlığı üçün bir sıra şəraitlər yaradılmışdır.

  • “Asan peşə” təhsil mərkəzində məzun gü...

    “Asan peşə” təhsil mərkəzində məzun günü keçirildi.

    2019-06-28

    İyunun 28-də Mingəçevir şəhərində fəaliyyət göstərən “Asan peşə” təhsil mərkəzində məzun günü keçirildi. Tədbirdə məktəbin müəllim və şagird kollektivi, ictimaiyyət nümayəndələri ilə yanaşı Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov da iştirak edirdi.

  • Mingəçevir şəhər İcra Hakimiyyətinin başç...

    Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov növbəti səyyari görüş keçirdi.

    2019-06-27

    Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılovun iyunun 27-də keçirilən növbəti səyyar görüşü 11 nömrəli MİS-in nəzdində olan Heydər Əliyev prospekti 33, 35, Molla Pənah Vaqif küçəsindəki 10, 12 nömrəli yaşayış binalarının kəsişdiyi ərazidə təşkil olunmuşdur.

  • 26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yaran...

    26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yaranma günü münasibətilə təntənəli bayram tədbiri keçirildi.

    2019-06-26

    Azərbaycan Silahlı Qüvvələrinin yaranma günü münasibətilə iyunun 26-da “N” saylı hərbi hissədə təntənəli bayram tədbiri keçirildi. Bayram tədbirində şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları, mətbuat və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak edirdilər.

  • Mingəçevir şəhər İcra Hakimiyyətində Dövl...

    Mingəçevir şəhər İcra Hakimiyyətində Dövlət qulluqçuları Peşə bayramlarını qeyd etdilər.

    2019-06-22

    Hər il olduğu kimi bu il də Dövlət qulluqçuları öz peşə bayramlarını təntənəli sürətdə qeyd etdilər. Mingəçevir şəhər İcra Hakimiyyətinin müşavirə zalında təşkil olunan tədbirə şəhərimizdə çalışan dövlət qulluqçuları dəvət olunmuşdular. Tədbirə başlamazdan əvvəl Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun rəhbərliyi ilə dövlət qulluqçuları Heydər Əliyev mərkəzinin önündə ucaldılmış ulu öndərin abidəsi önünə gül dəstələri qoydular.

  • Şəhər İcra Hakimiyyətinin başçısı İlham ...

    Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov abadlıq-quruculuq işlərinin gedişi ilə yaxından tanış oldu.

    2019-06-20

    Azərbaycan Respublikasının Prezidentinin tapşırıq və tövsiyyələrinə uyğun olaraq Mingəçevirdə abadlıq və quruculuq işləri durmadan davam edir. Şəhərin Sağ və Sol sahillərində, Energetik qəsəbəsində və eləcə də bir sıra yaşayış massivlərində bu işlər öz bəhrəsini verməkdədir. Naxşıvan küçəsində aparılan abadlıq-quruculuq işləri isə daha böyük vüsət alıb.

  • Mingəçevir şəhər İcra Hakimiyyətinin başç...

    Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov növbəti səyyari görüş keçirdi.

    2019-06-19

    Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun 19 iyundakı növbəti səyyar görüşü 3 saylı ümumi orta təhsil məktəbinin iclas zalında keçirildi. D.Əliyeva, M.Vəli.Vidadi, S.Vurğun küçələrinin, şəhər ictimaiyyəti nümayəndələrinin, idarə, müəssisə rəhbərlərinin və KİV təmsilçilərinin qatıldıqları səyyar görüşü giriş sözüylə açan İlham İsmayılov keçirilən səyyar görüşlərin ölkə prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən keçirildiyini, əhalini narahat edən problemlərin öyrənilib həll edilməsi və şəhər sakinlərinin təkliflərinin nəzərdən keçirilməsi baxımından bu cür tədbirlərin həm şəhər rəhbərliyi, həm də sakinlər üçün önəmli olduğunu bildirdi.

  • Səhiyyə işçiləri peşə bayramlarını qeyd e...

    Səhiyyə işçiləri peşə bayramlarını qeyd etdilər.

    2019-06-18

    İyunun 18-də Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının rəhbərliyi ilə səhiyyə işçiləri peşə bayramlarını qeyd etdilər. Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul şəxsləri iştirak edirdilər.

  • Mingəçevir şəhərinin tam orta məktəblərind...

    Mingəçevir şəhərinin tam orta məktəblərində “Son zəng” tədbirləri böyük təntənə ilə qeyd olundu.

    2019-06-14

    14 iyunda Mingəçevir şəhərinin tam orta məktəblərində “Son zəng” tədbirləri böyük təntənə ilə qeyd olundu. 14 nömrəli tam orta məktəbin Son zəng tədbirində Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul şəxsləri, şəhər təhsil şöbəsi rəhbərliyi, məktəbin müəllimləri, valideynlər və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

  • YAP şəhər təşkilatında elmi-nəzəri konfran...

    YAP şəhər təşkilatında elmi-nəzəri konfrans keçirildi.

    2019-06-14

    İyunun 14-də ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışına həsr olunmuş Mingəçevir şəhər İcra Hakimiyyəti və YAP şəhər təşkilatı birgə elmi-nəzəri konfrans keçirmişdir. YAP şəhər təşkilatının akt zalında keçirilən konfransı şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov açaraq ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də hakimiyyətə yenidən qayıdışı ilə bağlı fikirlərini açıqlamışdır.

  • Mingəçevir şəhər İcra Hakimiyyətinin başç...

    Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov növbəti səyyari görüş keçirdi.

    2019-06-12

    Mingəçevir şəhər icra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə səyyar görüşü bu dəfə 10 nömrəli orta məktəbin akt zalında oldu. Şəhərin A.Qurbani, R.Rza, İ.İslamzadə, Ü.Hacıbəyov və M.Maqamayev küçələrinin sakinlərini salamlayan şəhər rəhbəri ölkə prezidentinin tapşırığına əsasən hər həftə keçirilən bu cür görüşlərin əhəmiyyətindən danışdı.

  • Milli Qurtuluş Günü münasibətiylə tədbir ke...

    Milli Qurtuluş Günü münasibətiylə tədbir keçirildi.

    2019-06-12

    İyun ayının 12-də Gənclər evində 15 iyun - Qurtuluş Günü münasibətilə tədbir keçirilmişdir. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun da iştirak etdiyi tədbirə ali və orta ixtisas məktəblərində oxuyan ən fəal tələbələr, ayrı-ayrı müəssisə və təşkilatları təmsil edən gənclər qatılmışdılar.

  • Azərbaycan İlahiyyat  İnstitunun rəhbərliyi  ...

    Azərbaycan İlahiyyat İnstitunun rəhbərliyi Mingəçevirdə olmuşdur.

    2019-06-07

    Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində Azərbaycan İlahiyyat İnstitunun rəhbərliyi Mingəçevirdə olmuşdur. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və qonaqlar əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq ehtiramlarını bildirmiş, sonra Heydər Əliyev Mərkəzində yaradılmış sərgi ilə tanış olmuşlar.

  • Mingəçevir şəhər İcra Hakimiyyətinin başç...

    Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov növbəti səyyari görüş keçirdi.

    2019-06-04

    Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun növbəti səyyar görüşü iyunun 4-də Günəşli yaşayış massivində yerləşən 20 nömrəli tam orta məktəbdə təşkil edilmişdir.

  • 1 iyun uşaqların beynəlxalq müdafiəsi günü ...

    1 iyun uşaqların beynəlxalq müdafiəsi günü münasibətilə böyük bayram konserti keçirildi.

    2019-06-01

    1 iyun uşaqların beynəlxalq müdafiəsi günü münasibətilə Mingəçevir Dövlət Dram Teatrında böyük bayram konserti keçirildi. Şəhərimizin uşaq bağçalarının nümayəndələri, fidan balalar tədbirin əsas iştirakçıları idilər. Bayram konsertində bir-birindən maraqlı, rəngarəng musiqi proqramları təşkil edilmişdir.

  • Mingəçevirdə abadlıq-quruculuq işləri davam ...

    Mingəçevirdə abadlıq-quruculuq işləri davam edir.

    2019-05-31

    Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Mingəçevirdə həyata keçirilən abadlıq - quruculuq işlərinin sahəsi genişlənir. Naxçıvan küçəsində görülən işlər, yolların asfaltlanması, səkilərin salınması, müasir bordürlərin qoyulması sakinlər tərəfindən razılıqla qarşılanır.

  • 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gün...

    1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirilib.

    2019-05-31

    1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının nəzdində fəaliyyət göstərən Uşaq Nevroloji Sanatoriyasında bayram tədbiri keçirilib. Sağlamlıq imkanları məhdud uşaqlar üçün təşkil olunan şənlikdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası PHŞ-in direktoru Könül Ələkbərov balaca fidanların sevincinə şərik olub, onları bayram münasibətilə təbrik ediblər.

  • Mingəçevir şəhər İcra Hakimiyyətinin başç...

    Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov gənc könüllülərə sertifikat təqdim edib.

    2019-05-31

    Azərbaycan Respublikasının “Könüllülük fəaliyyəti haqqında” qanununa uyğun olaraq aprelin 1-də Mingəçevir şəhər İcra Hakimiyyətində könüllülük fəaliyyətinə başlanılmışdır.

  • Heydər Əliyev Fondunun təşəbbüsü ilə iftar...

    Heydər Əliyev Fondunun təşəbbüsü ilə iftar süfrəsi açıldı.

    2019-05-31

    Mayın 31-də “Zümrüd” şadlıq sarayında Heydər Əliyev Fondunun təşəbbüsü ilə iftar süfrəsi açıldı. Heydər Əliyev Fondunun Prezidenti Birinci Vitse Prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi sosial yönümlü tədbirlər uğurla davam etdirilir. Belə tədbirlərdən biri də şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, veteranlarına, çernobl əlillərinə, müharibə və əmək veteranlarına, imtiyazlı ailələrə, ümumi səbəbdən əlillərə iftar süfrələrinin açılmasıdır.

əvvəlki [2] növbəti