Şriftin ölçüsü :

Saytın rəngi :

Meksikanın Azərbaycandakı səfiri Mingəçevirdə olub

12 may 2016 | 16:00

Mayın 12-də Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardini Mingəçevir şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb. Görüş zamanı ikitərəfli münasibətlər, bir sıra sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb. Səfir ölkələrimiz arasında əməkdaşlığın potensialı, eləcə də mədəniyyət, mətbəx, ümumiyyətlə, qarşılıqlı tanıma və yaxınlaşmaya xidmət edən sahələr arasındakı oxşarlıqlar barədə danışıb.
     Səfər çərçivəsində Xuan Rodriqo Labardini Mingəçevir Tarix Muzeyində olub. Muzeydə səfirə şəhərin qədim və müasir tarixi barədə ətraflı məlumat verilib və o, muzeyin xatirə kitabına ürək sözlərini yazıb.
   Sonra səfir Mingəçevir Dövlət Universitetində rektor Akif Hacıyevlə görüşüb. Görüş zamanı səfir Meksikanın turizm sahəsindəki geniş imkanlarından danışıb. O, Meksika ali məktəbləri ilə Mingəçevir Dövlət Universiteti arasında əlaqələr qurulmasının mümkünlüyünü söyləyib. Tərəflər bu əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.

Keçidlər