Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qurtuluş Günü münasibətilə konfrans keçirilib

14 iyun 2016 | 16:00

İyunun 14-də Heydər Əliyev Mərkəzində Mingəçevir şəhər İcra Hakimiyyəti və YAP Mingəçevir şəhər təşkilatının birgə “15 iyun 1993-cü il - Milli Qurtuluş tariximizin başlanğıcı” mövzusunda elmi-nəzəri konfransı keçirilib.  Konfransdan əvvəl şəhər ictimaiyyətinin nümayəndələri ulu öndərin abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri qoyaraq ehtiramlarını bildiriblər. Sonra Heydər Əliyev Mərkəzində 15 İyun - Qurtuluş gününə həsr olunmuş video filmə baxış keçirilib.
     Konfransı giriş sözü ilə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov açıb. Sonra YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşır Yusibov, Mingəçevir Dövlət Universitetinin dekanı, tex.f.d., dosent Vüqar Mustafayev, YAP Mingəçevir şəhər Təşkilatı Qadınlar Şurasının sədri, Tələbə Poliklinikasının baş həkimi Nurcamal Məmmədova, Texniki Humanitar liseyin direktor müavini Aytən Mehdiyeva məruzələrlə cıxış ediblər.
    Sonda uzun illər əmək fəaliyyətində göstərdikləri xidmətlərə görə Ələm Məmmədov və Şahiverdi İspəndiyarov Mingəçevir şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunublar.

 

Keçidlər