Şriftin ölçüsü :

Saytın rəngi :

Əlliliyi olan şəxslərin və sağlamlıq imkanı məhdud olan uşaqların əl işlərindən ibarət satış-sərgi təşkil edilib

04 iyul 2016 | 16:00

İyulun 4-də Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində  Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə əlliliyi olan şəxslərin və sağlamlıq imkanı məhdud olan uşaqların əl işlərindən ibarət satış-sərgi təşkil edilib.
     Açılış mərasimində çıxış edən “Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev sərginin fiziki qüsurlu şəxslərin yaradıcılıq imkanlarının inkişaf etdirilməsinə, onların cəmiyyətə fəal inteqrasiyasının təmin olunmasına, xüsusi qayğıya ehtiyacı olan insanlara diqqətin artırılmasına xidmət etdiyini bildirib.
     Satış-sərgidə rəsm, xalçaçılıq, bədii tikmə, toxuma və hörmə, dulusçuluq, keramika, ağac üzərində oyma və metal üzərində işləmə və s. növlərdə 150-dən çox əl işi nümayiş olunub.
     Sərginin sonunda əsərlərin satışı təşkil edilib.

Keçidlər