Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətində İlə yekun vuruldu

28 fevral 2017 | 16:00

Fevralın 28-də şəhər İcra Hakimiyyətində İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilmişdir. İclasda bir məsələ - "Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının "Mingəçevir şəhərinin 2016-cı ildə sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr" barədə hesabatı dinlənilərək müzakirə olunmuşdur.
İclas başlamazdan əvvəl şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, ictimaiyyət nümayəndələri Heydər Əliyev Mərkəzi önündə ucaldılmış ulu öndərin abidəsi önünə gül-çiçək dəstələri qoydular.
İclası giriş sözü ilə açan şəhər İcra Hakimiyyətinin başçısı N.Bayramov zala toplaşanlara müraciət edərək demişdir: Bu ilin yanvar ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və  qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkəmizin bütün sahələrində görülən işlər geniş müzakirə edilmiş və ilin yüksək nailiyyətlərlə başa çatması bildirilmişdir. Ölkə Prezidentinin giriş və yekun  nitqlərində 2016-cı ildə iqtisadi və sosial  sahələrdə görülmüş işlərə qiymət verilmiş, əldə olunan uğurlar xüsusilə vurğulanmışdır. Qeyd olunmuşdur ki, 2016-cı ildə ölkəmiz uğurla inkişaf etmiş, qarşıya qoyulan bütün vəzifələr layiqincə yerinə yetirilərək nəzərdə tutulan sosial proqramlar icra edilmiş, aparılan islahatların davam etdirilməsi məqsədəuyğun hesab olunmuşdur.
2016-cı il bütövlükdə Mingəçevir şəhəri üçün də uğurlu olmuşdur. Bu günkü Şura iclasının keçirilməsində əsas məqsəd 2016-cı ildə görülmüş  işlərə baxış keçirmək və qarşıda duran vəzifələri  müəyyənləşdirməkdir.
Sonra Şura iclasının gündəliyi elan edilmiş, reqlamenti müəyyənləşdirilmişdir.
İclasda şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov hesabat məruzəsi ilə çıxış etmişdir (Hesabat məruzəsi "Mingəçevir" qəzetinin 2017-ci il 23 fevral tarixli nömrəsində dərc olunmuşdur)
Sonda şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov iclasın işinə  yekun vurdu:
Bu gün biz şəhərdə 2016-cı ildə görülən işləri müzakirə edərək 2017-ci ildə bizi gözləyən vəzifələr haqqında danışdıq. Hesabatdan göründüyü kimi görülən işlərlə yanaşı həllini gözləyən problemlər də vardır. Əlbəttə, bəzi təşkilatların işində  nöqsanlar hələ qalmaqdadır. Mən bu təşkilatların rəhbərlərindən tələb edirəm, qısa müddətdə qeyd edilən nöqsanları aradan qaldırsınlar, rəhbərlik etdikləri sahələrə nəzarəti gücləndirsinlər. İştirakçılar tərəfindən söylənilən təkliflər tərəfimizdən ciddi nəzarətə götürüləcək, şəhər İcra Hakimiyyətindən, idarə, müəssisələrdən asılı olanların həllinə çalışılacaq, mərkəzi dövlət orqanlarından asılı olanlar barəsində müvafiq qaydada məsələ qaldırılacaq. Bir sözlə, bu il qarşımızda daha ciddi vəzifələr durur.
Cənab Prezidentin qeyd etdiyi kimi ölkəmiz 2017-ci ildə də  uğurla inkişaf edəcək. Bütün  sosial proqramlar icra olunmaqla iqtisadi  inkişafla bağlı çox önəmli addımlar atılacaq. Bunun üçün bütün qurumlar, vəzifəli şəxslər öz məsuliyyətini dərk etməli və daha səmərəli  işləməlidirlər. Bu yolda hamınıza uğurlar arzulayıram.
Şura iclası müzakirə olunan məsələyə dair müvafiq qərar qəbul edib. Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi bayramov Şura iclasının işinə yekun vurub.

 

 

 

 

 

Keçidlər