Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə 31 mart soyqırımı qurbanları yad edildi

31 mart 2017 | 16:00

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü münasibəti ilə Mingəçevir şəhər İcra Hakimiyyəti YAP Mingəçevir şəhər təşkilatı ilə birgə tədbir keçirilib. Şəhər rəhbərliyi, hüquq mühafizə orqanlarının və ictimayyətin nümayəndələri əvvəlcə soyqırımı qurbanlarının abidəsini ziyarət edib önünə gül dəstələri düzüblər.

Heydər Əliyev Mərkəzində düzənlənən tədbirdə İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək bildirib ki, 31 mart  bütün dünyada yaşayan azərbaycanlılar tərəfindən kədər və hüznlə soyqırım qurbanlarının anım günü kimi qeyd edilir: “Xain və satqın ermənilər tarix boyu, zaman-zaman xalqımıza qarşı soyqırım və deportasiya siyasəti yetirmiş, soydaşlarımızın mərdliyinə və mübarizliyinə baxmayaraq, bu mənfur siyasət nəticəsində Azərbaycan torpaqları hissə-hissə itirilmiş, yüz minlərlə soydaşımız qətlə yetirilmişdir”. O, ermənilərin 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin yaddaşlardan heç zaman silinməyəcəyini  qeyd edib. Bildirib ki, Azərbaycan Respublikası yalnız müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilib. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulan həqiqətlər açılıb, təhrif edilən hadisələr özünün əsl qiymətini alıb. Ulu öndər Heydər Əliyev ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi milli qırğına siyasi qiymət verib. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

Tədbirdə 17 saylı tam orta məktəbin tarix müəllimi Ceyhun Atayev “1918 -ci ilin mart qırğınları ermənilərin xalqımıza qarşı törətdiyi soyqırım cinayətlərinin  tərkib hissəsidir”, MDU-nun xarici dillər kafedrasının müdiri  Mayıl İsmayılov “1948-1953 cü illərdə azərbaycanlıların tarixi torpaqlarımızdan deportasiyası erməni xislətinin növbəti mərhələsidir”, MDU-nun tarix müəllimi Tahirə Quliyeva “Dağlıq Qarabağ hadisələri ermənilərin azərbaycanlılara qarşı tarixən yürütdüyü soyqırım siyasəninin davamıdır”, YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov “Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin başladığı mənfur ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasəti həqiqətlərinin dünya ictimayyətinə çatdırılmasının aktiv davamçısıdır” mövzularında geniş çıxışlar ediblər.

 

 

 

 

 

 

Keçidlər