Şriftin ölçüsü :

Saytın rəngi :

17 noyabr 2017-cı il tarixdə Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi keçirildi.

17 noyabr 2017 | 16:00

      17 noyabr 2017-cı il tarixdə YAP-nın yaradılmasının 25 illiyi münasibəti ilə YAP Mingəçevir şəhər təşkilatı, şəhər İcra Hakimiyyəti ilə birgə Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində yığıncaq keçirdi.
          Öncə yığıncaq iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, öz dərin ehtiramlarını bildirmişlər.
Yığıncaq öz işinə Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən filmin nümayişi ilə başladı.
       Yığıncağı giriş sözü ilə açan YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov yığıncaq iştirakçılarını salamladıqdan sonra, YAP-nın yaranma tarixi, inkişaf mərhələləri və ictimai-siyasi həyatında Ulu Öndər Heydər Əliyevin müstəsna rolundan danışaraq, Prezidentimiz, YAP-nın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə müxtəlif sahələrdə həyata keçirilən islahatlardan və dövlətimizin dinamik inkişafa nail olduğundan bəhs etdi.
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək, YAP-nın yaranmasını zəruri edən səbəblər və tarixi şəraitlə bağlı əsas məqamları qeyd etdi. Keçən 25 il ərzində Azərbaycanı uğurlu gələcəyə aparan YAP-nın və onun lideri Cənab İlham Əliyevin ardıcıl, uğurlu fəaliyyəti barədə danışaraq, məhz İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsi olaraq Azərbaycanın dinamik tərəqqisini və bütün beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini, ölkə həyatında 2-ci ən böyük layihə olan Bakı-Tbilisi-Qars dəmiryol xəttinin çəkilməsindən, ölkə başçısının şəhərimizə xüsusi diqqət və qayğısının nəticəsi olaraq, Mingəçevirdə aparılan quruculuq, abadlıq işlərindən və bu işlərdə partiya üzvlərinin fəallığından bəhs edərək, bu bayram günü münasibəti ilə yığıncaq iştirakçılarını təbrik etdi.
        Daha sonra YAP Mingəçevir şəhər təşkilatının Qadınlar Şurasının sədri, “Tələbə” Poliklinikasının baş həkimi Nurcamal Əsgərova, YAP şəhər təşkilatının İdarə Heyətinin üzvü, 16 saylı orta məktəbin müəllimi Ramiz Kərimov və YAP şəhər təşkilatının Gənclər Birliyinin sədri, şəhər Heydər Əliyev Mərkəzinin direktoru Bəxtiyar Mustafayev mövzu ətrafında geniş məruzə ilə çıxış etdilər.
Sonda partiya sıralarına yeni qəbul olunmuş bir neçə partiya üzvünə partiya vəsiqələri təqdim edildi.

 

 

 

 

 

 

 

 

Keçidlər