Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı üçəm dünyaya gətirən ana ilə görüşdü.

22 noyabr 2017 | 16:00

       22 noyanbr 2017 ci il tarixdə Mingəçevir şəhərində Kəlbəcər rayonundan köçkün  olan 30 yaşlı Fəxriyyə Məmmədova şəhər xəstəxanasında 3 qız uşağı dünyaya gətirmişdir. Bu münasibətlə yeni dünyaya gələn körpələrin vəziyyəti ilə tanış olmaq üçün Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şəhər mərkəzi xəstəxanasının publik şəxsin direktoru Könül Ələkbərov, mətbuat və ictimaiyyət nümayəndələri mərkəzi şəhər xəstəxanasında olmuşlar. Görüş zamanı başçı gənc ananı bu münasibətlə təbrik edib, ona can sağlığı, xoşbəxtlik arzulayıb. Bildirib ki, anaya və uşaqlara baxmaq üçün tibb bacıları ayrılacaq. Eyni zamanda Niyazi bayramov  anaya və körpələrə gül dəstəsi və hədiyyələr təqdim edib.
       Uşaqların nənəsi Şövkət Mamedova ölkə rəhbərliyinə olan sonsuz sevgisini nəvələrinə qoyduğu  Mehriban, Leyla və Arzu adları ilə bildirmiş və sevincinin həddi-hüdudu olmadığını söyləmişdir.
          Hazırda uşaqların və ananın vəziyyəti həkimlərin nəzarəti altındadır və onlar özlərini normal hiss edirlər.

 

 

 

 

Keçidlər