Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir Turizm Kollecində bəstəkar Qara Qarayevin yubileyinə həsr olunmuş şahmat yarışı keçirilib

02 fevral 2018 | 16:00

Mingəçevir Turizm Kollecinin “İdman və GÇQH” fənn komissiyasının kollektivi müxtəlif idman növləri üzrə yarışların təşkili və müəssisələr arasında keçirilən idman turnirlərinə komandaların hazırlanması sahəsində həmişə öz fəallığı və təşəbbüskarlığı ilə fərqlənir. Ayrı-ayrı idman növləri üzrə kollecin tələbələrindən təşkil olunmuş yığma komandalar dəfələrlə şəhər miqyaslı yarışlarda mükafata layiq yerlər qazanmış və öz uğurları ilə kollektivi sevindirmişlər. Həmçinin, kollecdə idman müəllimlərinin təşkilatçılığı ilə tarixi günlərə, bayram tədbirlərinə, görkəmli şəxslərin xatirəsinə həsr olunmuş yarışlar keçirilir və tələbələrin böyük marağına səbəb olur.
“İdman və GÇQH” fənn komissiyasının üzvləri görkəmli bəstəkarımız Qara Qarayevin anadan olmasının 100 illiyi münasibəti ilə keçirilən tədbirlər silsiləsindən də kənarda qalmayıblar. Fevralın 1-də kollecdə bəstəkarın yubileyinə həsr olunmuş şahmat yarışı keçirilib. Olimpiya sistemi üzrə keçirilən yarışda 10 nəfər tələbə iştirak edib. Dörd mərhələdən ibarət turnir təcrübəli müəllimlərdən təşkil olunmuş hakimlər qrupunun nəzarəti altında keçirilib. Oyunlar gərgin idman mübarizəsi şəraitində keçib, müəllimlərin və tələbələrin ciddi marağına səbəb olub. İlk mərhələdə rəqiblərini məğlub edən BT-40 qrupunun tələbəsi Həmzəyev Ramil və D-7/9 qrupunun tələbəsi Xəlilova Gülşən yarışların finalında iştirak etmək hüququ qazandıblar. Maraqlı və gərgin keçən final oyunu Ramil Həmzəyevin qələbəsi ilə başa çatıb. Müəllimlərinin və tələbə yoldaşlarının təbriklərini qəbul edən qalib tələbə, həmçinin yarışın finalçısı fəxri fərmanla və mükafatla təltif ediləcək. Mükafatların təqdimatının Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş tədbirində həyata keçirilməsi nəzərdə tutulub.

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər