Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir Turizm Kollecində “Əbədiyaşar lider” adlı konfrans keçirilib

10 may 2018 | 16:00

Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-illik yubileyi Mingəçevir Turizm Kollecində  biri-birindən məzmunlu silsilə tədbirlərlə qeyd edilib. Dəyrimi masa ətrafı müzakirələr aparılıb, kitab sərgisi, idman turniri, ən yaxşı inşa, rəsm və divar qəzetləri müsabiqələri keçirilib. Pedaqoq və tələbələrin vətənpərvər duyğularının təzahürü olan ən layiqli nümunələr ortaya qoyulub.

Ümummilli liderin xatirəsinə həsr olunmuş unudulmaz tədbirlərdən biri də tələbələrin əl işlərindən ibarət rəsm və əl işləri sərgisinin açılışı olub. Sərgidə dahi şəxsiyyət Heydər Əliyevin   ömür yolu və siyasi xidmətlərini əks etdirən çox sayda dəyərli sənət əsərləri nümayiş olunub. Eyni zamanda sərgi iştirakçıları ulu öndərin həyatından bəhs edən videoçarxa baxış keçirib. Bundan sonra tədbir iştirakçıları “Əbədiyaşar lider” adlı elmi nəzəri konfransda bir araya gəlib.

“Bizlər müstəqil dövlətimizin ulu öndərin təbirincə desək əbədi və qüdrətli olması üçün daha böyük məsuliyyət və səy göstərməliyik. Bu yolda Heydər Əliyev məktəbi və bu məktəbin zəngin irsi ən dəyərli mənbəyimiz olmalıdır.”

 

 

 

 

 

 

Keçidlər