Şriftin ölçüsü :

Saytın rəngi :

Silahlı Qüvvələr Günü münasibətilə Mingəçevirdəki "N" saylı hərbi hissədə tədbir keçirilmişdir

26 iyun 2018 | 16:00

Silahlı Qüvvələr Günü münasibətilə Mingəçevirdəki "N" saylı hərbi hissədə keçirilən tədbir də bu baxımdan diqqət mərkəzində idi. Hərbi hissədə qulluq edən əsgər və zabitlərin bayram sevinclərinə qoşulan şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri, müharibə və əmək veteranları, Qarabağ müharibəsi və şəhid ailələri təmsilçiləri bir araya gəlməklə bu önəmli günə əlvan çalarlar qatdılar.
Dövlət himnimiz səsləndiriləndən sonra tədbirdə ilk olaraq çıxış edən hərbi hissənin komandiri, polkovnik-leytenant Cərulla Ağayev 100 illik tarixi olan milli ordumuzun keçdiyi şanlı yoldan, onun ilk qurucularından ürəkdolusu söz açmaqla, hamını bayram münasibətilə təbrik etdi və Ali baş Komandanın əmri ilə torpaqlarımızı düşməndən azad etməyə hazır olduqlarını əminlik hissilə vurğuladı.
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bu şanlı gün münasibətilə əsgər və zabitləri təbrik edərək, iki il öncə aprel ayının əvvəllərində və bu yaxınlarda Naxçıvan ərazisindəki Cünnüt kəndi istiqamətində gedən döyüşlərdə düşmənə ağır zərbələr vuran Azərbaycan ordusunun yenilməz gücündən, Ali Baş Komandan İlham Əliyevin zəbt olunmuş torpaqlarımızın azad edilməsi naminə gördüyü məqsədyönlü işlərdən söz açdı. Çıxışının sonunda hərbi hissənin bir qrup nümunəvi əsgər və zabitlərinə qiymətli hədiyyələr təqdim edən şəhər rəhbəri hamıya uğurlar arzuladı.Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra şəhərimizin musiqiçiləri və tanınmış müğənniləri nəğmə sovqatları, incəsənət məktəbinin balaca rəqqasələri isə hamıda xoş ovqat hissi doğuran rəqsləri ilə hamıya unudulmaz anlar bəxş etdilər.

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər