Şriftin ölçüsü :

Saytın rəngi :

Oğullar əsgər gedir

11 iyul 2018 | 16:00

İyulun 11-də Heydər Əliyev mərkəzində ordu sıralarına yola salınma mərsaimi keçirilmişdir. Təntənəli şəkildə təşkil olunan mərsimdə çağırışçılar Ulu öndərin abidəsi önünə gül dəstələri qoymuşlar. Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti şəhər şöbəsini təşkil etdiyi mərasimdə şöbənin rəisi polkovnik leytenant Şahin Xəlilov, şəhər İcra Hakimiyyəti başçısı aparatının hüquq şöbəsinin müdiri Mahir Əliyev çıxış edərək ordu sıralarına yola salınan gənclərə uğurlar diləmiş, xidməti müddətdə komandirlərinin tapşırıqlarını layiqincə yerinə yetirməyi tövsiyyə etmişlər. Təntənəli mərasimdə ordu sıralarına yola salınan gənclər nizami dəstə ilə dövlət bayrağı önündən keçərək abtobuslarla yola salınmışdır.

Keçidlər