Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə Aprel şəhidinin xatirəsi anılıb.

09 aprel 2019 | 16:00

Aprel qələbəsindən 3 il keçdi. Heç şübhəsiz ki, bu qələbənin qazanılmasını Ali Baş Komandan, Prezident İlham Əliyevə və onun rəhbərlik etdiyi Azərbaycan ordusunun şəxsi heyətinə borcluyuq. Bu şanlı qələbənin əldə edilməsində ən uca zirvəyə - Şəhid adına yüksələnlər daim xalqımızın and yerinə çevrilmişdir. Onların əziz adları dövlətimiz tərəfindən əbədiləşdirilir, ailələri bir an da olsun diqqət və qayğıdan kənarda qalmır. Bu gün Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, icra nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Mingəçevir şöbəsi, KİV nümayəndələri Aprel şəhidi Qasımov Teymur Sabir oğlunun ildönümü mərasimidə iştirak edib, şəhidin ailəsini ziyarət ediblər. İcra başçısı ilə görüşən şəhidin atası Sabir Qasımov şəhidlərə və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə öncə Prezident İlham Əliyevə minnətdarlıq bildirib. İl mərasimində şəhidin ruhuna dualar oxunub, ailəsinə Allahdan səbr dilənib.

 

Keçidlər