Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinlərlə növbəti səyyari görüş keçirdi.

10 aprel 2019 | 16:00

Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun aprelin 10-da keçirilən növbəti səyyar görüşü 2 nömrəli Mənzil İstismar Sahəsinin ərazisini əhatə edən 11 saylı məhəllə sakinləri ilə oldu. Buraya Heydər Əliyev prospektindəki 62, 64, 66/25, Nizami küçəsindəki 17/35, 19, 19/1, 19/2, 19/3, 21/2, 23, 23/1, 23/2,23/3, və Nəriman Nərimanov küçəsindəki 31, 33 nömrəli binaların sakinləri daxil idilər.
    Görüşü şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov açaraq sakinləri salamladı, onlara ölkə rəhbəri möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən həyata keçirilən tədbirlər haqqında məlumat verdi və Mingəçevirdə aparılan abadlıq-quruculuq işlərindən bəhs etdi. Bildirdi ki, ölkəmiz iqtisadi cəhətdən inkişaf etdikcə əhalinin maddi rifah halının yaxşılaşdırılması üçün cənab prezident tərəfindən mühüm addımlar atılır, Sərəncamlar imzalanır. Bunun nəticəsidir ki, bu gün Mingəçevirdə səliqə-sahman göz oxşayır, yeniliklər özünü göstərir. Əhalinin işsiz təbəqələrinin işlə təmin olunması üçün əməli işlər görülür.

   Sonra məhəllə sakinləri çıxış edərək ölkə başçısı cənab İlham Əliyevin əhaliyə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər, eyni zamanda qarşıya çıxan problemləri - məhəllədə işıqlandırma vəziyyətinin zəif olması, istilik sisteminin bərpası, ağacların sulanması, fiziki cəhətdən ömrünü başa vurmuş ağacların budanması, zibil qablarının yerləşdirilməsində onların səliqə-sahmanının qorunması, şəhərdə ərzaq mağazalarına və digər köşklərə çörəklərin daşınmasında səliqəsizliyə yol verilməsini  diqqətə çatdırdılar.

    Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinlərin müraciətlərinin həll olunması üçün müvafiq idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıq verdi.

Keçidlər