Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirildi.

22 aprel 2019 | 16:00

Aprelin 22-də Mingəçevir şəhər İcra Hakimiyyətinin akt zalında şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilmişdir. Gündəlikdə  “Mingəçevir şəhəri üzrə büdcə gəlirlərinin və xərclərinin 2019-cu ilin birinci rübündə icra vəziyyəti haqqında”, “Şəhər təsərrüfatı müəssisələrinin  2019-cu ilin birinci rübündə fəaliyyəti haqqında”, “Mingəçevir şəhərində yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi sahəsində şəhər Təhsil şöbəsi, Gənclər və İdman İdarəsi, mədəniyyət müəssisələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti şəhər şöbəsi tərəfindən aparılan  işlərin vəziyyəti haqqında” məsələlər müzakirə olunub.
    Şura iclasında müzakirə olunan məsələlərə dair müvafiq qərar layihələri qəbul olundu.

Keçidlər