Şriftin ölçüsü :

Saytın rəngi :

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirilib.

31 may 2019 | 16:00

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının nəzdində fəaliyyət göstərən Uşaq Nevroloji Sanatoriyasında bayram tədbiri keçirilib. Sağlamlıq imkanları məhdud uşaqlar üçün təşkil olunan şənlikdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası PHŞ-in direktoru Könül Ələkbərov balaca fidanların sevincinə şərik olub, onları bayram münasibətilə təbrik ediblər. Qeyd olunub ki, ölkəmizdə bütün uşaqlar yüksək qayğı ilə əhatə olunub, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şərait yaradılıb.
   Xüsusi qayğıya ehtiyacı olan uşaqların bayram şənliyinə qatılan klounlar, nağıl personajları balaca fidanları əyləndirib, musiqi proqramı  təqdim ediblər. Gələcəyimiz olan uşaqlara bayram hədiyyələri bağışlanıb, onlara xoş anlar yaşadıblar.

 

Keçidlər