Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov növbəti səyyari görüş keçirdi.

27 iyun 2019 | 16:00

Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılovun iyunun 27-də keçirilən növbəti səyyar görüşü 11 nömrəli MİS-in nəzdində olan Heydər Əliyev prospekti 33, 35, Molla Pənah Vaqif küçəsindəki 10, 12 nömrəli yaşayış binalarının kəsişdiyi ərazidə təşkil olunmuşdur.
   Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılov sakinləri salamladıqdan sonra ölkə rəhbəri İlham Əliyevin əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlər haqqında məlumat verərək bildirdi ki, son vaxtlar cənab prezidentin sərəncamları ilə minimum əmək haqları qaldırılmış, pensiyaların orta həddi müəyyən olunmuş, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə göstərilən imtiyazların səviyyəsi xeyli yüksəlmişdir. Şəhərdə işsizliyin aradan qaldırılması məqsədilə əməli tədbirlər həyata keçirilmişdir.

  Sonra məhəllə sakinləri çıxş edərək qarşılaşdıqları problemləri - yaşadıqları binaların kanalizasiya sistemlərinin bərbad vəziyyətdə olması, ağacların sulanması, şəhid bulaqlarına su çəkilməsi, qəzalı ağacların kəsilməsi və yaxınlıqdakı Heydər Əliyev parkında insanların istifadəsi üçün su krantlarının və  ayaqyolunun təşkilinə ehtiyac olması, zibil qablarının vaxtlı-vaxtında dezinfeksiya edilməsi, anti-sanitariya vəziyyətinin aradan qaldırılması, işıqlanmanın artırılmasını dilə gətirdilər.

  Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov görüşdə iştirak edən müvafiq idarə, müəssisə, təşkilat rəhbərlərinə konkret tapşırıqlar verdi, nöqsanların aradan qaldırılması üçün əməli tədbirlər görməyi tapşırdı. Sakinləri əmin etdi ki, Mingəçevirin abadlıq və quruculuq işləri ardıcıl olaraq davam etdiriləcək.

Keçidlər