Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov növbəti səyyari görüş keçirdi.

26 iyul 2019 | 16:00

İyulun 26-da V.Hüseynov 2/45, N.Rəfibəyli 11, 13/1, M.Ə.Rəsulzadə 1, 1a binalarını əhatə edən səyyari görüş Mingəçevir Telekommunikasiya Qovşağının foyesində təşkil olundu. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Azərbaycan Respublikası prezidentinin tapşırığına müvafiq olaraq keçirilən görüşdə sakinlərə respublikada və şəhərimizdə həyata keçirilən əməli işlər barədə məlumat verdi. Bildirdi ki, bu gün Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələri arasında xüsusi yer tutur. Bu gün Azərbaycanda iqtisadi inkişaf yüksək surətlə artır, əhalinin məşğulluq səviyyəsi yüksəlir.

Görüşdə iştirak edən sakinlər çıxış edərək ölkə rəhbərinə Mingəçevirə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər və qarşılaşdıqları çətinliklərdən-yaşayış binalarında kanalizasiya sisteminin bərbad vəziyyətdə olması, bu səbəbdən antisanitariyanın mövcudluğu, məhəllələrdə işıqlanma sisteminin olmaması, ərazidəki yataqxanalarda kommunal şəraitin pis vəziyyətdə olması, binaların giriş hissələrinin əsaslı təmir olunması və s. məsələlərdən bəhs etdilər.

Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov məsələlərin həll edilməsi üçün idarə, müəssisə, təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi.

Keçidlər