Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov növbəti səyyari görüş keçirdi.

31 iyul 2019 | 16:00

Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılovun iyulun 31-də keçirilən səyyar görüşü Naxçıvan küçəsi 38, 40, 40a və A.Şaiq küçəsi 3 nömrəli yaşayış binalarının sakinlərini əhatə edən Azərbaycan İES yaşayış massivində təşkil olunmuşdur. Şəhər İcra Hakimiyyətinin başçısı görüşə gələnləri ilk olaraq salamladı və qeyd etdi ki, Azərbaycanda insanların həyat şəraitinin yaxşılaşdırılması üçün cənab prezident tərəfindən mühüm addımlar atılır- iş yerləri açılır, əmək haqları, sosial müavinətlər, əmək pensiyaları artırılır. Eyni zamanda Mingəçevirdə aparılan abadlıq-quruculuq işlərindən bəhs etdi. Belə ki, Naxçıvan, C.Əliyev, Təbriz küçələrində və digər yerlərdə yollar asfaltlanmış, səkilərə bordürlər qoyulmuş, yaşıllıq sahələrinin ərazisi genişlənmişdir. Bütün bunlar göstərir ki, sakinlərin qaldırdıqları hər bir problem ciddi nəzarətə götürülərək əməli tədbirlər həyata keçirilir. Ölkə rəhbərinin bizə verdiyi tapşırıq və tövsiyyələr də məhz belə işgüzarlıq şəraitində işləməkdən ibarətdir.

   Sonra görüşdə iştirak edən sakinlər çıxış edərək ölkə rəhbərinə, onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə etdilər. Eyni zamanda onları narahat edən problemləri - su-kanalizasiya xətlərinin bərbad vəziyyətdə olmasından zirzəmilərdə anti-sanitariya vəziyyətin mövcudluğu, əsaslı təmirdən çıxarılmış binaların dam örtüklərinin bərbad vəziyyətə düşməsi, yaşayış binalarına yaxın olan iaşə obyektlərinin normal fəaliyyət göstərməməsi, işıqlanma sisteminin zəifliyi, magistral yolda avtobus dayanacaqlarının qoyulmasına ehtiyac olmasını qeyd etdilər.

   Şəhər İcra Hakimiyyətinin başçısı hər bir məsələyə aydınlıq gətirməklə görüşdə iştirak edən idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıqlar verdi. Əmin etdi ki, onların qaldırdıqları mühüm məsələlər mərhələ-mərhələ həllini tapacaqdır.

Keçidlər