Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 2019-cu ildə ali məktəblərə daxil olan tələbələrlə görüş keçirdi.

28 avqust 2019 | 16:00

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov avqustun 28-də Heydər Əliyev Mərkəzinin iclas zalında 2019-cu ildə ali məktəblərə daxil olan tələbələrlə görüş keçirdi. Şəhər başçısı qeyd etdi ki, Azərbaycan təhsilinin inkişaf dövrü 1993-cü ildən, ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra başlayıb. O dövrdə həyatın hər sahəsində olduğu kimi, təhsil sahəsində də tənəzzül var idi və ulu öndərin uzaqgörən siyasəti sayəsində inkişaf strategiyasına təkan verilib. Bildiyiniz kimi, on ildən artıqdır ki, ölkəmizin prezidenti İlham Əliyevin imzaladığı sərəncamlara, tapşırıqlara əsasən, həmçinin birinci vitse prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın  dəstəyi ilə ölkəmizin hər yerində müasir formada,  ən son avadanlıqlarla təchiz olunmuş ümumtəhsil məktəbləri tikilir, əsaslı təmir edilir. Mingəçevirdə də son illərdə yeni məktəb binaları inşa olunmuş, bəzi məktəblər isə əsaslı təmirdən sonra müəllim və şagirdlərin istifadəsinə verilmişdir. Ötən tədris ilində məzun olan 760 nəfərin 630-u sənədlərini  vermiş, 460 gənc tələbə adını qazanmışdır. Mən bu münasibətlə  tələbələri, onların valideynlərini və müəllimlərini bir daha təbrik edirəm. İnanıram ki, onlar ali təhsildə də uğurlar qazanacaq, vətənimizin layiqli vətəndaşları olacaqlar.

   Sonda qəbul imtahanlarında 600-dən artıq bal toplayan tələbələrə hədiyyələr verildi.

Keçidlər