Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov növbəti səyyari görüş keçirdi.

13 noyabr 2019 | 16:00

Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun növbəti səyyar görüşü noyabrın 13-də Xətai küçəsindəki 3 nömrəli yaşayış binasının qarşısında keçirildi. Şəhərin nümunəvi məhəllələrindən olan  ərazidə asfaltlanma işləri görülmüş, ağacların gövdələri ağardılmış, sakinlərin istirahətləri üçün oturacaqlar qoyulmuşdu. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov öncə sakinləri şəhər günü və milli konstitusiyamız günü münasibətilə təbrik etdi, ölkədə və eləcə də şəhərdə həyata keçirilən tədbirlər haqqında məlumat verdi. Qeyd etdi ki, ölkə rəhbəri İlham Əliyevin sərəncamları ilə əhalinin həyat səviyyəsi getdikcə yaxşılaşır, insanların məmnunluq hislərini artırmaq məqsədilə əməli tədbirlər həyata keçirilir. Yeni-yeni park və xiyabanlar salınır, məhəllələr başdan-başa işıqlandırılır. İnsanların tələbatına uyğun olaraq məhəllələrdə uşaq əyləncələri üçün meydançalar yaradılır, söhbətgahlar quraşdırılır, binaların dam örtükləri tamamilə əsaslı təmirdən çıxarılır. Bildirdi ki, “Dost” mərkəzi xətti ilə hazırda şəhərimizdə 1200-dən artıq insan işlə təmin olunub. Əhalinin istilik sisteminə olan tələbatının ödənilməsi istiqamətində əlavə tədbirlər görülür. Bütün bunlar cənab prezidentin tapşırığına uyğun olaraq insanlara göstərilən xidmətin bariz nümunəsidir.

   Görüşdə məhəllə sakinlərindən Xanlar Mahmudov, Baba Abdurazakov, Eldar Ağayev, Yazgül Hüseynova, Fərhad Abdullayev, Nailə Qarayeva, Dilbər Mustafayeva, Yusif Xasiyev, Əhmədxan Məmmədov və başqaları çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə və şəhər İcra Hakimiyyəti başçısına dərin minnətdarlıqlarını bildirdilər. Eyni zamanda qarşılaşdıqları bir sıra problemləri dilə gətirdilər. Xüsusən, yaşayış binalarında istilik sisteminin, məhəllədaxili ərazidə işıqlandırmanın olmaması, binaların zirzəmilərində anti-sanitariya vəziyyətin mövcudluğu, kanalizasiya sistemlərinin normal işləməməsi, söhbətgahların olmaması kimi problemlər qeyd olundu.

   Şəhər rəhbəri İlham İsmayılov görüşdə iştirak edən idarə, müəssisə, təşkilat rəhbərlərinə xüsusi tapşırıqlarını verdi və sakinləri əmin etdi ki, qaldırılan hər bir məsələ diqqətlə araşdırılıb, müvafiq tədbirlər görüləcək.

Keçidlər