Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov növbəti səyyari görüş keçirdi.

04 dekabr 2019 | 16:00

Dekabrın 4-də Aydın Məmmədov küçəsindəki 8/1,8/2,8/3,8/4 nömrəli yaşayış binalarının yerləşdiyi ərazidə sakinlərlə şəhər İcra Hakimiyyəti başçısının səyyar görüşü keçirildi. Görüşdə idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər. Görüşü açan şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ölkədə və Mingəçevirdə aparılan abadlıq-quruculuq işlərindən və keçirilən islahatlardan bəhs etdi.

   Görüşdə sakinlər şəhərdə həyata keçirilən abadlıq quruculuq işlərindən razılıq edərək onları narahat edən problemlərdən danışdılar. Yaşayış binalarında istilik sisteminin olmaması, işıqlanma və kanalizasiya sisteminin normal vəziyyətdə olmaması, fiziki cəhətdən ömrünü başa vurmuş ağacların kəsilməsi və.s kimi məsələlər qeyd olundu.

   Şəhər İcra Hakimiyyətinin başçısı qaldırılan məsələlərlə bağlı idarə, müəssisə və təşkilat rəhbərlərinə konkret tapşırıqlar verdi.

Keçidlər