Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhərində 10 000 ağac əkildi.

06 dekabr 2019 | 16:00

Dekabrın 6-da Mingəçevirdə böyük mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 10 min ağac əkildi.
   Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və işçiləri, ictimaiyyət nümayəndələri ağac əkimində fəallıqla iştirak ediblər.
   Gün ərzində şəhərin giriş hissəsindəki 2,4 ha ərazidə salınan seyrəngahda, Heydər Əliyev prospekti boyunca küçənin hər iki tərəfində, “Dostluq” parkında, Samux küçəsində, Aşıq Qurbani dairəsində, Sağ sahildə, energetiklər yaşayış massivində, eləcə də Mingəçevirin digər küçə və məhəllələrində 10 min həmişəyaşıl ağac əkilib.

Keçidlər