Şriftin ölçüsü :

Saytın rəngi :

MDU-da elmi konfrans keçirilib.

07 dekabr 2019 | 16:00

MDU-da “Şəxsiyyət, Cəmiyyət, Dövlət: Qarşılıqlı münasibətlərə müasir yanaşmalar” mövzusunda  respublika səviyyəli elmi konfrans keçirilib. Konfransın keçirilməsində əsas məqsəd hazırkı mərhələdə şəxsiyyət, cəmiyyət və dövlət arasında qarşılıqlı münasibətlərin məzmunu, xarakteri və inkişaf istiqamətləri üzrə elmi diskussiyaların aparılmasından, eləcə də mövzu üzrə müasir yanaşmalar və yeni nəzəri konsepsiyalar haqqında elmi məruzələrin dinlənilməsindən ibarətdir. Konfransı MDU-nun rektoru Şahin Bayramov açıq elan edərək konfransın işinə uğurlar arzuladı.
   Konfransın plenar iclasında Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ”İctimai-siyasi proseslərin inkişafında şəxsiyyətin rolu və əhəmiyyəti”, MDU-nun rektoru Şahin Bayramov “Müasir dünyanın multikultural xarakteri: mövcud vəziyyət və Azərbaycan reallıqları”, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov ”Qloballaşma şəraitində dinin cəmiyyətdə yeri və rolu” MDU-nun Elmi işlər üzrə prorektor əvəzi Veysəl Əyyubov “Müasir dövrdə Azərbaycanın milli iqtisadi inkişaf modelinin formalaşmasında şəxsiyyət, cəmiyyət və dövlət amilləri” mövzularında məruzələrlə çıxış ediblər.
   Plenar iclasdan sonra konfrans öz işini 3 bölmədə (Humanitar, iqtisadiyyat və idarəetmə: Texnika və Ekologiya) etdirilib. 9 elmi istiqaməti əhatə edən konfransa respublikanın 22 ali təhsil müəssisələrindən, AMEA-nin 16 sahə elmi-tədqiqat institutundan və 5 digər təşkilatdan ümumilikdə 300-ə yaxın məqalı və tezis daxil olmuşdur.

Keçidlər