Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov növbəti səyyari görüş keçirdi.

11 dekabr 2019 | 16:00

Dekabrın 11-də 10 saylı tam orta məktəbin akt zalında Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinlərlə növbəti görüş keçirib. Sakinləri salamlayan şəhər rəhbəri ölkədə həyata keçirilən infrastruktur layihələrdən danışdı. Qeyd olundu ki, başa çatmaqda olan bu il xalqımız üçün yaddaqalan olub. Ölkə prezidentinin müvafiq sərəncamları ilə minimum əmək haqlarının, pensiya və müavinətlərin, məcburi köçkünlərə verilən müavinətlərin artırılması,  problemli kreditlərin həlli və bir çox digər sosialyönümlü  layihələrin həyata keçirilməsi dövlətimizin xalqa göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Ölkəmizin hər yerində olduğu kimi Mingəçevirdə də geniş vüsət alan abadlıq quruculuq işləri vətəndaşların sosial-rifah halının yaxşlaşmasına təkan verir. Şəhərin giriş hissəsində, “Dostluq” parkında  və Aşıq Qurbani dairəsində yaradılan parklar  həm şəhər sakinləri, həm  də gələn qonaqlar üçün gözəl istirahət sahəsi olacaq.  Həmçinin  küçə və məhəllələrdə reallaşan əsaslı tikinti işləri, yaşayış binalarının fasadlarının rənglənməsi, blokların əsaslı təmiri və bu kimi digər işlər davamlı olacaq.

   Çıxış edən şəhər sakinlərindən İranə Həsənova, Yaşar Abbasov, Sabir Qarayev, Aslan Allahverdiyev və başqaları ölkə prezidentinin diqqət və qayğısını təqdir edərək ölkəmizdə, şəhərdə həyata keçirilən genişmiqyaslı işlərdən razılıqlarını ifadə etdilər. Sakinlər eyni zamanda onları narahat edən problemlərdən – yaşayış binalarında istilik sisteminin olmamasından, binanın dam örtüyündəki yağış sularını ötürən borunun təmizlənməsindən, ünvanlı sosial yardım almaq üçün köməklik göstərilməsindən bəhs etdilər. Şəhər İcra Hakimiyyətinin başçısı qaldırılan məsələlərlə bağlı idarə, müəssisə və təşkilat rəhbərlərinə konkret tapşırıqlar verdi.

   Görüşə yekun vuran icra başçısı xüsusilə vurğuladı ki, 12 dekabr ulu öndər Heydər Əliyevin anım günüdür. Mingəçevirin inkişafında, tərəqqisində bu böyük şəxsiyyətin xidmətləri əvəzsizdir və bu yolu ləyaqətlə davam etdirən prezidentimiz İlham Əliyevin  qayğısı daim hiss olunur. 

 

Keçidlər