Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirildi.

19 dekabr 2019 | 16:00

Dekabrın 19-da Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirildi. İclası Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov açaraq Şuranın iclasının gündəliyində 2 məsələnin müzakirə olunacağını bildirib.  Sonra icra başçısı bildirdi ki, bununla da 2019-cu il ərzində şəhər İcra Hakimiyyəti başçısı yanında şuranın nəzərdə tutduğu məsələlər yekunlaşır.

   Şurada 1-ci məsələ - “Şəhər ərazisində aparılan epizootik tədbirlərin vəziyyəti barədə” şəhər İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər söbəsinin müdir müavini Sahib Əliyev, 2-ci məsələ - “Məcburi köçkünlərlə iş, onların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər haqqında” Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mingəçevir şəhəri üzrə nümayəndəsi Rauf Nəbiyev çıxış etdilər. Gündəlikdə olan hər bir məsələ üzrə müzakirələr aparıldı və müvafiq qərarlar qəbul olundu.

   Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Şura iclasının işinə yekun vuraraq bir sıra təklif və mülahizələrini bildirdi, idarə müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlarını verdi.

Keçidlər