Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinlərlə növbəti səyyari görüş keçirdi.

25 dekabr 2019 | 16:00

Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılovun sakinlərlə keçirdiyi 2019-cu ilin son səyyar görüşü 5 saylı tam orta məktəbdə baş tutdu. Görüşü açan şəhər rəhbəri başa vurduğumuz 2019-cu  il ərzində ölkədə dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu layihələrdən söz açdı. Qeyd olundu ki, il ərzində bir sıra infrastruktur layihələr reallaşır. Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi edib. Regionların Sosial İqtisadi-İnkişafı Dövlət Proqramı çərçivəsində əsaslı tikinti işləri uğurla davam edib. Aqrar və qeyri-neft sahəsində müvəffəqiyyətlərə nail olunub. Vətəndaşların sosial rifah halının yanxşılaşması məqsədilə ölkə başçısının imzaladığı sərəncamlar sakinlər tərəfindən razılıqla qarşılanıb. Abadlıq quruculuq işləri Mingəçevirdə də reallaşıb, onlarla yaşayış binasının fasadı üzlənərək rənglənib, blokları əsaslı təmir edilib, pəncərə çərçivələri və giriş qapıları qoyulub, məhəllələrdə asfaltlanma işləri həyata keçirilib, işıqlanma sistemi müasirləşib. Eyni vaxtda 3 ərazidə - şəhərin girəcəyində seyrəngahın, “Dostluq” parkında Dövlət Rəmzləri muzeyinin və Aşıq Qurbani dairəsində istirahət məskəninin tikintisinə başlanılıb və uğurla davam edir.

   Sakinlər ölkədə həyata keçirilən abadlıq-quruculuq işlərini təqdir edərək dövlət başçısına gələcək fəaliyyətində uğurlar arzuladı. Eyni zamanda yolların  asfaltlanması, işıqlandırma sisteminin olmaması, kanalizasiya xətlərinin təmir edilməsi, yeni uşaq bağçasının tikilməsi və.s kimi məsələləri qeyd etdilər.

   Görüşə yekun vuran İlham İsmayılov qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə iştirakçıları təbrik edərək onlara səadət dolu ömür arzuladı. Qeyd etdi ki, gələn il də şəhərimizdə abadlıq quruculuq işləri davam edəcək.

Keçidlər