Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir Dövlət Universitetində “Vətənpərvərlik – Vətənə xidmətin ali zirvəsidir” mövzusunda tədbir keçirilib.

24 dekabr 2019 | 16:00

24 dekabr 2019-cu il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Vətənpərvərlik – Vətənə xidmətin ali zirvəsidir” mövzusunda tədbir keçirilib. MDU-nun Mingəçevir şəhər Gənclər və İdman İdarəsi və Mingəçevir Peşə Məktəbi ilə birgə təşkil etdiyi tədbirdə universitetin və peşə məktəbinin professor-müəllim və tələbə kollektivi iştirak edib.
   İştirakçıları salamlayan MDU-nun rektoru Şahin Bayramov tədbirin keçirilməsində əsas məqsədin tələbə-gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasından, onlarda dövlətimizə və milli-mənəvi dəyərlərimizə hörmət hissinin aşılanmasından ibarət olduğunu bildirib. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycançılıq idealogiyasının inkişafı sahəsində misilsiz xidmətlər göstərdiyini xatırladan Ş.Bayramov hazırda ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin iqtisadi qüdrətinin davamlı artdığını və ordumuzun gücləndiyini vurğulayıb. Azərbaycan xalqının daim öz qəhrəmanları və qəhrəmanlıq səlnaməsi ilə seçildiyini bildirən Ş.Bayramov şəhidlərimizin keçdiyi şərəfli yolu öyrənməyin və təbliğ etməyin vacibliyini diqqətə çatdırıb.
   Tədbirdə Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli və Mingəçevir Peşə Məktəbinin direktoru İlham İlyasov vətənpərvərlik mövzusunda çıxış etdilər.
   Çıxış edənlər aprel döyüşlərində şəhid olan Mingəçevirli qəhrəmanlar Adilzadə Adil Kamran oğlu, Qasımov Teymur Sabir oğlu və Əhmədov Rüstəm Oruc oğlunun valideynlərinə müraciət edərək hər bir gəncin onların düşmənlə mübarizədə şücaət göstərmiş vətənpərvər övladları ilə qürur duyduğunu bildiriblər.

Keçidlər