Şriftin ölçüsü :

Saytın rəngi :

“Gənclərin şəxsi inkişafı və karyera məktəbi” layihəsi çərçivəsində tədbir keçirilib.

31 yanvar 2020 | 16:00

“Gənclər günü” münasibəti ilə Mingəçevir Gənclər Evində “Gənclərin şəxsi inkişafı və karyera məktəbi” layihəsi çərçivəsində tədbir keçirilib.  Gənclərin, könüllülərin iştirak etdiyi layihəyə əsasən müxtəlif sahələrdə işləyən məsul şəxslərin əmək fəaliyyətindən, keçdiyi  karyera yolundan bəhs edən görüşlər - diskussiyalar keçiriləcək.  Yanvarın 31-də keçirilən ilk görüşün qonağı Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov idi. Ali təhsilini başa vurduqdan sonra müstəqil həyatda ilk addımlarından tutmuş bu günə qədərki əmək fəaliyyəti, qarşılaşdığı çətinlik və maneələr,  nailiyyətləri ilə bağlı sualları cavablandıran icra başçısı öncə gəncləri Gənclər Günü münasibəti ilə təbrik edərək xoş arzularını bildirdi.  İlham İsmayılov Azərbaycan respublikasının prezidenti İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan, ölkəmizin bir çox bölgələrində gənclər evlərinin, idman sağlamlıq komplekslərinin tikilməsindən danışdı. Şəhər rəhbəri İlham İsmayılov sonda qeyd etdi ki, Siz gənclərə  tövsiyyəm odur ki, həyat yolunuzu düzgün seçəsiniz. Daim oxumalısınız, mütaliə ən gözəl məktəbdir. Vətənimizə məhəbbətinizi, dövlətçiliyimizə sədaqətinizi fəallığınızla, təşəbbüskarlığınızla göstərməlisiniz. Unutmayın ki, bilikli, zəngin dünyagörüşlü insanın qarşısında heç bir maneə ola bilməz. Mingəçevirdə  ölkə prezidentinin diqqət və qayğısı sayəsində  həyata keçirilən abadlıq quruculuq işləri yeni vüsət alır. Şəhərdə parklarda, məhəllələrdə insanların istirahəti üçün oturacaqlar, söhbətgahlar yaradılır, uşaqlar üçün əyləncə qurğuları quraşdırılır, gənclər üçün isə mini futbol və basketbol meydançaları hazırlanır, idman qurğuları yerləşdirilir.

Keçidlər