Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinlərlə növbəti səyyari görüş keçirdi.

19 fevral 2020 | 16:00

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham  İsmayılovun  növbəti səyyari görüşü fevralın 19-da H.Əliyev prospekti 82/24, 82/1,88, 86, 84, Xətai 20 saylı yataqxanaların sakinləri ilə keçirildi. Görüşü açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham  İsmayılov qeyd etdi ki, ölkə prezidentinin tapşırığı ilə sakinlərlə keçirilən görüşlərin əsas məqsədi mövcud olan problem və çətinlikləri öyrənmək və həllinə nail olmaqdır. Bildirildi ki, Azərbaycan Avropanın inkişaf etmiş ölkələri sırasındadır. Regionlarda gerçəkləşən sosial iqtisadi inkişaf strategiyası, yeni təhsil,  səhiyyə və mədəniyyət ocaqlarının, məcburi köçkünlər, şəhid ailələri, Qarabağ əılilləri üçün yaşayış binalarının inşa olunması inkişafın bir hissəsidir. Mingəçevirdə də abadlıq quruculuq işləri genişlənməkdədir. Ötən il onlarla məhəllədə abadlaşma işləri, yaşayış binalarında əsaslı təmir işləri həyata keçirilmişdir. “Dostluq” parkında, Aşıq Qurbani dairəsində, şəhərin girəcəyində Nəsimi Parkında yeni istirahət mərkəzləri yaradılır. Şəhərdə işıqlanma sistemi yenidən qurulur, yeni su xəttinin çəkilişi başa çatıb, kanalizasiya sistemində əsaslı təmir işləri aparılır, yaşıllıq zolaqları genişlənir.

   Çıxış edən sakinlər əsasən otaq çatışmazlığından, su-kanalizasiya sistemində yaranmış nasazlıqlardan, işsizlikdən və digər problemlərdən  söz açdılar.

   Görüşə yekun vuran şəhər rəhbəri qeyd etdi ki, hazırda Bakı şəhərində sosial evlər tikilir, prezidentin  diqqət və qayğısı sayəsində yaxın gələcəkdə regionlarda da sosial mənzillər tikilib istifadəyə veriləcək. Təbii ki, Mingəçevirdə də bu layihə reallaşacaq. Sizin problemlərinizin həlli diqqət mərkəzində olacaq, yeni iş yerləri açılacaq, şəhərin bütün küçə və məhəllələrində abadlıq quruculuq işləri həyata keçiriləcək, yeni istirahət parkları yaradılacaqdır.

Keçidlər