Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhərində hər gün dezinfeksiya işləri davam edir.

01 aprel 2020 | 16:00

31 mart-01 aprel tarixlərdə Dezinfeksiya Stansiyasının mütəxəssisləri tərəfindən hündürmərtəbəli binalarda 26 ədəd lift kabinaları və onun düymələri gündə 2 dəfə olmaqla dezinfeksiya olunub. 151 ədəd yüksəkmərtəbəli yaşayış binalarının girişləri və pilləkən qəfəsələri, 3 sahibkar obyekti, eləcə də su maşınları vasitəsilə şəhərin 8 küçəsinin hərəkət hissəsi , 2 fərdi yaşayış massivi, 2 MİS ərazisində məhəllədaxili yollar, məcburi köçkünlərin kompakt məskunlaşdığı 1 obyektdə dezinfeksiya edilmişdir.
        Şəhər ərazisində "koronaviris infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılmasına dair tələblər" çoxaldılaraq yaşayış və qeyri-yaşayış binalarının, fəaliyyətinin icazə verilmiş ticarət obyektlərində vətəndaşların görə biləcəkləri yerdən asılması təmin edilir.
İcra Hakimiyyəti tərəfindən yaradılmış 30 işçi qrupun üzvləri açıq havada olan əhalinin evdə qalmalarını, xüsusi karantin rejimin tələb və qaydalarına riayət etmələrinə çağırır.

 

 

Keçidlər