Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhərində fasiləsiz olaraq dezinfeksiya işləri davam etdirilir.

05 aprel 2020 | 16:00

03-04 aprel 2020-ci il tarixlərində Dezinfeksiya Stansiyasının mütəxəssisləri tərəfindən sərnişindaşıyan 30 ədəd avtobus və mikroavtobusların salonları, hündürmərtəbəli binalarda 26 ədəd lift kabinaları və onun düymələri gündə 2 dəfə olmaqla dezinfeksiya olunur. 97 ədəd yüksəkmərtəbəli yaşayış binalarının giriş və pilləkən qəfəsələri, 3 inzibati bina, 18  küçə, 2 MİS ərazisində məhəllədaxili yollar, 2 fərdi yaşayış massivi dezinfeksiya edilmişdir.
Şəhər ərazisində "koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılmasına dair tələblər" çoxaldılaraq yaşayış və qeyri-yaşayış binalarının, fərdi yaşayış massivlərində, fəaliyyətinə icazə verilmiş ticarət obyektlərində vətəndaşların görə biləcəkləri yerdən asılması təmin edilmişdir.
İcra Hakimiyyəti tərəfindən yaradılmış 30 işçi qrupun üzvləri açıq havada olan əhalinin evdə qalmalarını, xüsusi karantin rejiminin məqsədli tələb və qaydalarına riayət etmələrinə çağırırlar.

Keçidlər