Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhərində abadlıq - quruculuq işləri durmadan davam etdirilir.

19 avqust 2020 | 16:00

Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən aparılan genişmiqyaslı layihələrin bir qismi artıq həyata keçirilmişdir. 2020-ci ilin iş planına uyğun olaraq  H.Aslanov küçəsində asfalt örtüyünün əsaslı təmir işləri aparılmışdır. Beləki, küçənin yol bordürlərı yenilənmiş, səkilərə və yola yeni asfalt örtüyü salınmışdır.

2020-ci ilin iş planına uyğun olaraq Mingəçevir şəhərində 11 yüksəkmərtəbəli binaların fasad, dam örtüyü və ümumi istifadədə olan yerlərin giriş hissələrinin təmiri işləri aparılması nəzərdə tutulmuşdur.

Şəhərin S.Vurğun 19, 22, 20 Yanvar 14,18 saylı binalarında artıq bu işlər başa çatdırılmışdır.

Hazırda əsaslı təmir işləri şəhərin 20 Yanvar küçəsinin poçt dairəsindən H.Z.Tağıyev küçəsinədək hissəsində həyata keçirilir. Burada da yol bardürləri və səki daşları yenisi ilə əvəz olunur, səki və yollara asfalt örtüyünün vurulması nəzərdə tutulur. Artıq bu işlərə hazırlıq işləri aparılmaqdadır.

Keçidlər