Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Aprel şəhidlərinin ailələrini ziyarət edib

12 aprel 2021 | 16:00

Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Aprel döyüşlərindən  5 il ötür. Ermənistan silahlı qüvvələrinin intensiv təxribatlarına cavab olaraq başlanılan Aprel döyüşlərində qazandığımız qələbə dövlətimizin və ordumuzun qələbəsidir. Xalqımızın birliyinin, həmrəyliyinin, vətənpərvərliyinin qələbəsidir.

Mingəçevir şəhəri Aprel döyüşlərində 4 şəhid (Rahim Tağıyev, Rüstəm Əhmədov, Adil Adilzadə və Teymur Qasımov) verib.  Bu günlərdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov növbəti dəfə aprel şəhidlərinin ailə üzvləri ilə görüşüb, onları ziyarət edib. Şəhid ailələri ilə görüşən icra başçısı bildirib ki, hər bir şəhid ailəsinə yüksək dövlət qayğısı davamlı xarakter daşıyır. Bununla bağlı Azərbaycan dövləti ardıcıl olaraq bu kateqoriyaya daxil olan insanların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirir.

Şəhid ailələri bu görüşdən məmnun olduqlarını bildirib. Onlar dövlət dəstəyi ilə əhatə olunduqlarını vurğulayıblar.

Qeyd edək ki, Mingəçevirdəki Aprel şəhid ailələrindən iki ailə Gəncə şəhərində mənzillə təmin olunub. Digər  iki ailənin yararsız mənzilləri isə  yenidən tikilib.

Keçidlər