Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci il dönümü qeyd edildi

10 may 2021 | 16:00

Mingəçevir şəhərində  xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci il dönümü ilə bağlı  onlayn formatda silsilə tədbirlər həyata keçirilmişdi.
     Bu gün   Ulu Öndərin xatirəsinə böyük hörmət və ehtiram əlaməti olaraq şəhər mərkəzindəki abidəsini ziyarət etmək üçün şəhərin hüquq mühafizə orqanları, İcra hakimiyyəti, YAP şəhər təşkilatı, ictimayyət nümayəndələri və RİİB gəncləri öndərin adını daşıyan mərkəzin qarşısındakı heykəli önünə tər çiçəklər qoyublar. Daha sonra mərkəzdə ulu öndərin 98-ci il dönümü ilə bağlı keçirilən onlayn tədbirlərdə qalib olmuş məktəbli şagirdlər, idmançılar və Mingəçevir Dövlət Universiteti, Turizm Kollecinin tələbələrinin mükafatlandırma mərasimi keçirilib. Mükafat alanları başçı təbrik edib onlara fəxri fərmanlar və hədiyyələr təqdim edib.
     Daha sonra şəhərin Nizami parkında ağacəkmə aksiyası keçirilib. Aksiyada çıxış edən icra başçısı İlham İsmayılov bildirib ki, Nizami parkının ərazisi genişləndirilərək parkda bu ilin sonuna kimi   Nizaminin büstü də qoyulacaq.  Qeyd edək ki, bu gün parkın ərazisinə 400-ə yaxın  qara ağac, akasiya və görüş ağacları əkilib.

 

 

Keçidlər