Şriftin ölçüsü :

Saytın rəngi :

Fəaliyyət

  • Şəhərin ərazisi 139,5 kv.km, 01.01.2021-ci il tarixinə daimi əhalisi 106430 nəfərdir. Mingəçevir şəhəri respublikanın istər əhalisinin sayına, istərsə də iqtisadi potensialına görə dördüncü şəhəri olmaqla bərabər, həm də əsas sənaye mərkəzlərindən biridir. Mingəçevir şəhərinin sənayesinin əsasını elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, qida məhsullarının istehsalı, iplik istehsalı, rezin məmulatlarının istehsalı, maşın və avadanlıqların istehsalı sahələri təşkil edir.
  • 2020-ci il üzrə şəhərin əsas iqtisadi göstəriciləri aşağıdakı kimidir: ümumi məhsul buraxılışı 3,1% artaraq 523412,7 min manat, sənaye məhsulu istehsalı 10,6% azalaraq 294311,9 min manat, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq üzrə 10,2% artaraq 1519,2 min manat, nəqliyyat və anbar təsərrüfatı üzrə 45,2% azalaraq 3352,3 min manat, informasiya və rabitə xidmətlərinin həcmi 12,9% azalaraq 1370,8 min manat olmuşdur. Əhaliyə göstərilən pullu xidmət və ictimai iaşənin həcmi 29,9% azalaraq 53787,7 min manat, pərakəndə əmtəə dövriyyəsi 2,1% azalaraq 349452,1 min manat təşkil etmişdir.
  • Şəhər ərazisində gücü 80 MVA olan 110/35/6 KV-luq “Şəhər”, gücü 10 MVA olan 35/6 kv-luq “Mingəçevir”, gücü 16 MVA  olan 35/6 kv-luq “Karxana 601” və gücü 10 MVA olan 110/6 kv-luq “Az.İES” yarımstansiyaları, ümumi gücü 136165 KVA olan 374 ədəd transformator fəaliyyət göstərir.
    Şəhərin elektrik enerjisi ümumi uzunluğu  684 km olan  0,4 kv-luq elektrik verilişi xətləri (EVX),  6 kv-luq 201 km hava xətti, 6 kv-luq 67 km kabel xətti, 12,5 km 35 kv-luq hava xətləri  ilə təmin olunur.
  • Mingəçevir  şəhəri üzrə qaz xətlərinin ümumi uzunluğu 395 km, o cümlədən orta təzyiqli qaz xətlərinin uzunluğu 243 km, aşağı təzyiqli 153 km təşkil edir ki, ondan  yerüstü 352 km, yeraltı 43 km təşkil edir. Xidməti ərazi üzrə Qaz Paylayıcı Stansiyadan (QPS) ayrılan orta təzyiqli daşıyıcı PE 315 mm-lik 1739 metr polietilen boru ilə yeraltı, D=530 mm-lik 3745 metr polad boru ilə yerüstü qaz kəmərləri ilə şəhərin sol sahil ərazisini, PE 565 mm-lik 3141 metr polietilen qaz kəmərləri ilə  “Az-İES” adlanan yaşayış massivi və “Tərəvəzçilik sovxozu” adlanan yaşayış massivini təbii qazla təchiz edir. Qaz kəmərləri üzərində 158 sayda Qaz Tənzimləyici Şkaflar və 616 ədəd bağlayıcı qurğular, siyirtmələr mövcuddur.
  • “Azərbaycan Respublikası Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Mingəçevir şəhərində su təchizatı şəbəkəsinin və qurğularının yenidən qurulması işləri aparılmışdır. Məhsuldarlığı 55 min kub metr olan müasir su təmizləyici qurğu və tutumu 10 min kub metr olan mərkəzi su anbarı tikilərək istifadəyə verilmiş və L=316 km yeni su xətti çəkilmişdir. Şəhərin mövcud kanalizasiya şəbəkəsi müxtəlif diametrli ölçüdə olmaqla L=161 km-dir. Kanalizasiya şəbəkəsində 2 ədəd məhəllədaxili çirkab su təmizləyici qurğu və 8 ədəd kanalizasiya nasos stansiyası fəaliyyət göstərir.  “Azərbaycan Respublikası Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq layihə üzrə şəhərdə ümumi uzunluğu L=234 km, diametri D=150÷1000 mm olan kanalizasiya şəbəkəsinin yenidən quraşdırılması planlaşdırılmışdır. Hazırda 125 km yeni kanalizasiya xətti çəkilmiş, ondan 25 km istifadəyə verilmişdir. Layihə çərçivəsində 3 yeni kanalizasiya nasos stansiyası (KNS) tikilmiş və istismara verilmişdir. Həmçinin sutkalıq gücü 65000 m3 olan çirkab su təmizlənmə qurğusunun (ÇSTQ)  tikintisi nəzərdə tutulur. 
  • 2021-ci ilin mart ayının 1-nə olan məlumata görə Mingəçevir Telekommunikasiya qovşağı üzrə EATS-in ümumi tutumu 22352 ədəd, istifadədə olan nömrələrin sayı isə 17053 ədəddir. Bütün EATS-də ümumi tutumu 6476 port olan geniş zolaqlı internet xətti (ADSL) quraşdırılaraq şəhər üzrə ADSL istifadəçilərinin sayı 6113 nəfərə çatmışdır. Bu istiqamətdə işlər davam etdirilir. 
  • Şəhər ərazisində 402 km yol şəbəkəsi vardır ki, onlardan da 196 km-i şəhər, 206  km-i isə məhəllədaxili yollardır.
     
  • 2020-ci il ərzində yol və səkilərə 151077 m2 asfalt örtüyü salınmış, 22062 m2 bina fasadı rənglənmiş, 5454 m2 dam örtüyü əsaslı təmir olunmuşdur

            Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən 2021-ci ildə görülməsi nəzərdə tutulan əsas işlər aşağıdakılardır:

17 ədəd çoxmərtəbəli yaşayış binalarının dam örtüyü, fasad və girişlərinin əsaslı təmiri; Sahil parkının və Heydər Əliyev prospektindəki xiyabanlarının yenidən qurulması; Tarix muzeyinin qarşısındakı ərazidə  yenidənqurma işlərinin davam etdirilməsi; Nizami küçəsindəki bir hissəsi abadlaşdırılmış ərazidə yeni salınmış  “Nizami” parkının genişləndirilməsi, Günəşli yaşayış massivinin küçələrinin bir hissəsinin, İ.Qayıbov, Xətai, Z.Tağıyev, Ə.Vahid, Şəfəq, H.Hüseynov və dalanları, Babək küçələrininn  təmiri,  Vaqif, Vidadi, V.Hüseynov, M.Rəhimov və Samux küçələrinin kəsişməsindəki səkilərin təmiri; təmiri nəzərdə tutulan küçələrin və məhəllədaxili ərazilərin işıqlandırılması;  Qərb giriş qapısının, Soyqırım abidəsinin, 1941-1945 abidə kompleksində fəvvarənin yenidən qurulması.

Keçidlər